Şokoladın tarixi

Müəllif: Narın yağış
Şərhlər: 4
Baxılıb: 2 861
Səs ver:
(səs: 1)
Şokolad (astek dilindən chocolatl - kakao toxumundan içki) kakao paxlasına şəkər və başqa yeyinti məhsulları qatılmaqla hazırlanan qənnadı məmulatıdı... Şokolad təbii və əlavəli hazırlanır... Təbii şokolad yalnız kakao paxlası və şəkərdən alınır, əlavəli şokoladın tərkibinə bunlardan başqa quru süd, qəhvə, qoz və s. qatılır... Şokoladın tərkibində 35-37% yağ olur. Şokolad hazırlamaq üçün kakao paxlasını təmizləyib çeşidləyir və qovurduqdan sonra xırdalayıb narın üyüdürlər... Üyüdülmüş kakaonun bir hissəsini sıxıb yağını ayırırlar... Şokolad plitka, müxtəlif fiqur, medal formasında, şokolad məmulatları isə baton və assorti konfeti şəklində satışa buraxılır...

Şokolad növləri : Qara ( acı ) şokolad, südlu şokolad, bəyaz ( ağ ), məsaməli və diabetik şokolad növləri olur...Şokoladın tarixi hələ indiki dövrdə bizə məlum olmuşdur, sən demə 3000 il bundan əvvəlki dövrə aid edilən nemətlər sırasına daxildir...
Təxminən bizim eradan 1500 il əvvəl Meksika körfəzi sahillərində yerləşən Amerikada yeni sivilizasiya meydana gəldi... Onların mədəniyyətlərindən bizə çox nadir halda qalan məqamlar məlumdur, yalnız irəli sürülən fikirlərə əsasən məhz "kakao" sözü ilk dəfə olaraq onlar tərəfindən dildə "kakawa" kimi tələffüz edilərək, meydana gəlmişdir... Təxminən 1000 il bizim eradan əvvəlki dövrü özündə birləşdirən həmin tayfanın sivilizasiya nümunələrindən sayılır...

Kakao ilk əvvəl kilsəyə və kralın sarayına düşür, burada saray qadınları tərəfindən xüsusən sevilir... İspaniyadan "kcokolatl" Avropanın digər bölgələrinə də yayılır və nəticədə meksikalılardan fərqli olaraq tərkibinə şəkər tozu, həmçinin vanil də əlavə edilir... Alman imperatoru olan V Karl kakaonun maliyyə nəticələrini öyrəndikdən sonra bu məhsul üzrə monopoliya elan edərək, yalnız özünün əlində cəmlənməsini tələb edir... Lakin XVII əsrdə qaçaqmalçılıq yolu ilə bu məhsul Niderlanda gətirilir... İlk dəfə şokoldaın hazırlanması üçün lisenziyanı italyanlar əldə edir... İngiltərədə "Chocolate Houses" kofe və çay salonlarından daha çox insanı cəlb edir və müştəi axınına uğrayır... XIX əsrdə ilk dəfə olaraq şokolad pilitələri yaradılır, Jan Neaus isə ilk içərisi doldurulmuş konfetin yaradıcısı hesab olunur...

ABŞ-da şokoladdan uca bir bina tikilib... 6,5 metr uzunluğundakı bina görənlərin iştahını artırır... ABŞ-ın göydələnləri ilə məşhur Nyu-York şəhərində ucalan bu bina digərlərindən dadlı olması ilə fərqlənir... Çünki 6.5 metr uzunluğundakı bina saf şokoladdan hazırlanıb... Tikilinin memarı fransız aşpaz Alain Roby 1036 kiloqram qara şokoladdan istifadə etməklə düzəltdiyi bu heykəllə daha bir rekorda imza atıb... 30 saata tikilən bina Ginnesin kitabına adını yazdırıb... Roby arxitekturada heç bir məşhur binanın görünüşündən istifadə etmədiyini bildirib... Maraq dolu dünyada sevimli şirniyyatdan bina hazırlamaqdan da qəribə onun necə yeyilməsidir... Buna insanların hobbisi kimi baxılsa da, əslində tarixdə sevimli içkilərindın fontan hazırlayanlara da rast gəlmək olur...

Şokolad ürəyi
Almaniyalı aşbaz Qreqor Pfaff və onun heyəti müqəddəs Valentin gününə dünyada şokoladdan və pryanik xəmirindən ən böyük ürək düzəltmişlər...
Şokolad ürəyinin çəkisi 922 kiloqramdır, hündürlüyü və eni isə 5 metrdir... Şokolad şah əsəri Banqonkun mehmanxanalarının birində yerləşdirilmişdir...
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 2 861
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri