Pişiklər haqda bilmədiyimiz 13 fakt

Müəllif: YalniZ-ArZu
Şərhlər: 6
Baxılıb: 4 402
Səs ver:
(səs: 1)
1. Bir pişiyi əzizləməyin insanda qan təzyiqini aşağı salması elmi olaraq sübut edilmişdir. Yüksək qan təzyiqi xəstələri pişik saxlaya bilər.

2. Bir pişik digər bir pişiyə heç miyoldamaz. Bu səs pişiklərin insanlara ayırdıqları bir xitabdır.

3. Təxminən bir pişiyin həyatının 30 %-i tumarlanmaqla keçər.

4. Pişiklərin eşitməsi itlərdən və insanlardan da güclüdür.

5. Qaranlıqda insandan 6 dəfə artıq görə bilirlər.

6. Hər 3 Amerikalıdan biri pişik saxlayır.

7. Bir pişiyin quyruğunun 1 sm-də 12 min tük var.

8. Pişiklər elektrik xətləri və kabellərlə oynamağı sevir. Amma bu onlar üçün təhlükəli ola bilər. Ona görə evdə elektrik əşyalarını pişikdən uzaqda saxlayın.

9. Pişiklərin bığları ətrafdakı hərəkətlərə qarşı çox həssasdır. Ani bir hərəkət bığları tərəfindən hiss edilir.

10. Bir bala pişiyin sağlam olması üçün ən azı 3 ay anası ilə qalması lazımdır.

11. Evdə yaşayan pişiklər ev əşyalarının və öz əşyalarının (su, yemək qablarının, tualetlerinin) yerlərinin dəyişdirilməsini heç xoşlamazlar.

12. Pişiklər, xüsusilə də bala pişiklər oyun oynamağı çox sevirlər.

13. Pişiklər qadınlarla daha yaxşı yola gedir, çünki qadınların səsi daha incədir.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 4 402
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri