İsveçrə haqqında

Müəllif: Totu
Şərhlər: 4
Baxılıb: 3 922
Səs ver:
(səs: 2)
Isveçrə (alm. Schweiz, fr. Suisse, it. Svizzera, romanş Svizra), rəsmi adı - İsveçrə Konfederasiyası (alm. Schweizerische Eidgenossenschaft, fr. Confédération suisse, it. Confederazione Svizzera, romanş Confederaziun svizra) - Qərbi Avropada dövlət. Şimalında Almaniya, qərbində Fransa, cənubunda İtaliya və şərqində Avstriya və Lixtenşteyn ilə qonşudur. Adı konfederasiyanı yaradan ilk üç kantondan biri olan Şvisdən götürülüb.

Əhalisi
1970 - 2005-ci illər arasında əhali artımı dinamikası, min nəfərlə:

2008-ci il qiymətləndiriliməsinə görə ümumi əhali sayı 7 580 000 nəfərdir.

Əhalinin yaş strukturu:

0—14 yaş: 15,8 %

15—64 yaş: 68,2 %

65 yaşdan böyük: 16 %

Əhalinin orta yaşı

orta: 40,7

kişilər: 39,6

qadınlar: 41,7

Din
İsveçrədə ölkə miqyasında bir dövlət dini olmasa da Cenevre və Neuchatel kantonlarının xaricindəki bütün kantonlarda vergiləndirmə yoluyla Roman Katolik, Köhnə Katolik ya da İsveçrə İslahat Kilsələri dəstəklənir.

İsveçrədə ən məşhur din 44 % ilə Roma Katolik Kilsəsidir. Ardından 38,5 % ilə protestantlıq gəlir. İmmiqrantlar ilə birlikdə 4,3% lik bir müsəlman əhali ilə 1,8% lik bir ortodoks əhali də yerləşmişdir. Fərqli dillərə sahib bir əhaliyə sahib olan İsveçrənin sabitlikli və bitərəf bir ölkə olması, bu ölkənin bir konsensus ya da ahəng dövləti olaraq təyin olunmasına gətirib çıxarmışdır.

Sürix kantonunda bir kənd olan Fischenthalda bir kilsə
Tarixi olaraq ölkə katoliklər və protestantlar arasında təxminən bərabər olaraq dağılmışdır. Hətta Appenzell kimi bəzi kantonlar rəsmi olaraq katolik və protestant hissələrə ayrılmışdır və bir çox kəndin girişində üstün olan din, "bu kənd katolikdir və ya protestantdır" adlı plakatlar asılmışdır. Ancaq bəzi ümumi modellər də var. Böyük şəhərlərarasında paytaxt Bern, bankçılıq mərkəzi Sürix və Bazeldə protestantlıq daha uütün olsa da Lüzern kimi digər şəhərlər əksəriyyətlə katolikdir. Cenevrə ilk Calvincilik mərkəzi olaraq tanınmışdır və dünyadakı fransızların əksəriyyətinin katolik olmasına baxmayaraq Fransız İsveçrəsinin əksəriyyəti protestantdır. Digər tərəfdən İsveçrənin quruluşunda olan Almanca danışılan Schwyz, Uri, və Unterwalden kantonlarıyla İtalyanca danışılan Ticino kantonu ümumiyyətlə katolikdir.

Dil

Alman dili – 17 kanton;
Fransız dili – 6 kanton;
İtalyan dili – 2 kanton;
Roman dili – 1 kanton.
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 3 922
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri