Sabun köpüyü insanlar

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 2 849
Səs ver:
(səs: 1)
Yanlız qaldığım zamanlarda seanslarımı xatırlayıram. Yenə belə zamanların birində dünənki məsləhətçimin dediyi “Sabun köpüyü insanlar!” ifadəsi yadıma düşdü. Və bu ifadə mənim çox diqqətimi çəkdi. Soruşdum ondan, kimdir bu sabun köpüyü insanlar deyə. Belə bir cavab aldım: sabun köpüyü insanlar, özlərini həddindən artıq yüksəkdə görən, adi xüsusiyyətlərini ululaşdıran, əslində nə qədər dolu olduqlarını (intellektual və şəxsiyyət mənasında) hər ortamda ifadə edən, ya da belə davranmağa çalışan, yüksək standartları olan və bu yüksək standartları reallaşmazsa tez qırılan, və eyni şəkildə sizi qırmağa çalışan insanlardır- dedi.
Sonra mən də bu məhvum haqqında düşünməyə başladım və ağlımdan aşağıda sizinlə paylaşdıqlarım keçdi.
Həqiqətən də bir sabun köpüyü düşünün, çevrəsi nə qədər genişdirsə içindəki hava bir o qədər çoxdur. Və hava artıqca partlamağa daha da yaxınlaşır. Sabun köpüyünün çöl dairəsi özlərini necə gördükləridir. Sabun köpüyü insanlara, içəridən doluluqdan daha çox, tam bir boşluq hakimdir və bunu həqiqətən də görməyi bilən bir insan görə bilər. Bunun fərqinə vara bilməzsə bu insanlarla yaşamaq çox çətin ola bilər. Necəmi? Gəlin izah edim:
Onların yanında var ola bilməzsiniz, çünki onların yanında mütəmadi olaraq əskik, biliksiz, cahil biri kimi hiss edəcəksiniz özünüzü. Çünki hər şey haqqında bir bildikləri var. Və o fikir əslində bir fikir deyil, mütləq həqiqətdir. Ona görə də öz doğrularınızın qiymətini hiss edə bilməyəcəksiniz. Bir də sabun köpüyü insanlar yüksək səviyyədə hipnozlamaq qabliyyətinə malikdirlər. Insanları öz məlumatlarından ayrı və ya istəmədikləri halda, məqsədyönlü və şüurlu olaraq təsir altına salırlar. O zaman onlardan kənarlaşmaq da çətin olur. Hipnoz deməkdə məqsədim: sizi günahkar və borclu hiss etdirib öz məsumluğunu mütəmadi sizə ifadə edib, əgər sizi narahat edibsə, buna o qədər üzürlü, məntiqli səbəb uyduracag ki, heç bir məsuliyyət daşımış olmayacaq.
Sizə inanılmaz bir yaxınlıq, dəstək, sizi qoruma, yoldaşlıq etmək qavramları üzərindən sizə o qədər yaxınlıq edər ki, o qədər diqqət göstərər ki, həm sabun köpüyündən həm də onun hipnozundan xilas ola bilməzsiniz. Yanında nə qədər cahil, xətalı, qüsürlu hiss etsəniz də özünüzü, o yaxınlıq və dəstək sizi ondan ayrılmaq məsələnizdə əl-qolunuzu bağlayar.
Mükəmməl bir hipnozçu olan sabun köpüyü insanlarla qarşılaşdığınızda nə etməklə onlara sərhəd qoyub öz qiymətinizi hiss etdirə bilərsiniz?
1-Belə insanların sataşqan, incidən sözlərinə qarşı susub, cavabsızlıqla cavab verməyə çalışmayın. “indi mən də durub bunları desəm pis olar”, deməyin. Siz qəbul edə bilirsizsə, o da edə bilər. Ona görə də onunla onun dilində danışın.
2-Belə şəxslər mütəmadi olaraq hissiyatlı tələlər qururlar. Yəni günahkar hiss etdirmək üçün sizi tənqid edirlər, günahlandırırlar. Siz elə bir vəziyyətdə olsasanız o özünü günahkar bilərmi? Bunu fikirləşin .
3-Sizə həmişə bir məsuliyyət yükləməyə çalışar. Ona görə də nəyi nə qədər edə biləcəyinizi, gücünüzü təyin edin və ona uyğun məsuliyyət götürün. Edə biləcəyinizdən daha artığını qəbul etməyin.
4-Özünü ən yaxşı, ən gözəl, ən keyfiyyətli şeylərə layiq bildiyi halda sizə bunu layiq görməz.
Və layiq olduğu, istədiyi hər şeyi əldə etmək üçün ətrafındakı hər şeyi qırıb keçər. Hətta sizi də! Ona görə də siz layiq olduğunuz hər nə varsa onun mübarizəsini əldən verməyin.
5-Belə insanlar istədikləri olmayınca o dəqiqə aqressivləşirlər. Çünki haqq gördüyü şeyi əldə edə bilməmişdir. Ona görə də yaşadığı təəssüf hissini qəzəb kimi büruzə verər.
6-Bu insanların doğruları çox qartıdır. Və dəyişilməyi mümkünsüzdür. Ona görə də sizin onu dəyişməyə çalışmağınız o qədər də real deyil. Amma onu sizdən əlavə həyat hadisələri dəyişə bilər. Məsələn işdən çıxarılmaq kimi. Başqa işdə özünə daha diqqətlə nəzarət edə bilər. Və işdə qalmaq müddəti daha uzun ola bilər. Belə bir vaxtda siz fikriniz demək istəsəz, məsləhət verməyə cəhd etsəz qəbul etməz hətta sizi çoxbilmişlikdə günahlandırar.
7-Belə biri ilə münasibətdə istifadə olunduğunuzu hiss edə bilərsiniz. Siz ona fədakarcasına yaxınlaşmağınıza baxmayaraq, vaxtı gəldiyində istifadə olunmuş kimi görünə bilirəsiniz. Buna hiddətlənə bilərsiniz. Bu mövzunu onunla müzakirə etmək ən təbii haqqınızdır. “Amma boş ver, onsuz da o belə bir insandır”, deyib keçməyin. Çünki hər zaman belə güzəştlərlə özünüzdən istifadə olunmağa şərait yaratmış olursunuz.
Bütün bunlar nəzərə alınaraq siz, sabun köpüyü olan hipnozçu insanlarla eyni haqlara sahibsiniz. O insana “Yox!” demək sizin o münasibətdə ən azad haqqınızdır. Yəni sizdən bir şey istəsə onun istədiyini verməmək kimi bir seçiminiz də var. Bu insanlarla münasibətdə özünüzü də onlar kimi kəskin dilli birinə çevrilə bilərsiniz. Bu xoşunuza getməyə bilər. Ancaq bəzən incidiyinizi anlaması üçün başqa bir yolunuz qalmamış ola bilər. Bir məsləhət də verim: ona sərhəddini göstərin! Işarə verməyin, birbaşa göstərin!
Umut Karabulut
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 849
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri