Uşaqlarınıza oxumanız gərəkən klassiklər

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 1 810
Səs ver:
(səs: 0)
Hər birimiz bilirik ki, kitablarsız həyatımız rəngsizləşər. Kitabın biz böyüklərə təsir etdiyi kimi, uşaqlara da faydası bitməz, tükənməz. Onların xəyal gücünü, daxili hisslərini başa düşmək üçün bir növ məsləhətçidir, köməkçidir, mayakdır. Uşaqlarımızda da kitaba sevgi, kitab oxumaq vərdişini formalaşdırmaq üçün biz valideynlərin öhdəsinə çox iş düşür. Bəs yaxşı uşaqlarımıza hansı kitabları oxudaq ki, seçimimiz düzgün olsun və ona daha çox şey öyrətsin. Şəxsi inkişafı adına lazımı dərəcədə təsir etmiş olsun. Bu sualın cavabını indi sizə təqdim edirəm. Əminəm ki, valideyn olan hər bir kəs bu xəbərdən yan keçməyəcək.

İlk pillədə "Balaca Şahzadə" durur.
Exsuperinin şah əsəri sayılan "Balaca Şahzadə" böyüklərin həyatını, hirs və qərarlarını izah edən uşaqdan bəhs edir. Kitab müəllifin dilində və qələmində gözəl təsvir edilib. Övladınıza izah etməkdə çətinlik çəkdiyiniz bəzi məsələləri məhz bu kitab sayəsində öyrətmiş olacaqsınız.

İkinci pillədə "Şəkər portağalı" kitabıdır.
Övladınıza ədaləti, sevgi və mərhəməti izah etmək istəsəniz, məhz bu kitabı ona hədiyyə edin. Zeze adlı uşağın yarasından və hiss etdiklərindən bəhs edən bu əsər klassik uşaq ədəbiyyatına daxildir.

Üçüncü pillədə "Momo" dayanır.
Zamana dəyər verməyi öyrədən, böyüklərə unutduqları ən vacib məqamları xatırladan bu kitab övladınız üçün unudulmaz və maarifləndirici hədiyyə olacaq.

Dördüncü pillədə "Xoşbəxt şahzadə" adlı əsər durur.
Yaxşılıq-pislik, fədakarlıq-eqoizm, mərhəmət-bivec kimi hisslərin bir-birindən fərqini izah etmək istəsəniz, ona sevginin, səmimiyyətin nə demək olduğunu bu kitabı hədiyyə etməklə əldə edəcəksiniz.

Beşinci pillədə "Qara Mirvari" adlı əsər durur.
Yamyaşıl fermada doğulub, boya-başa çatan xoşbəxt atdan bəhs edən bu əsər atın öz dilindən danışılır. Sahibinin şəhərə köçməsi ilə dərdli günləri başlayan atı dəfələrlə icarəyə verib, satılması və bütün bunlara baxmayaraq nə hiss etməsindən bəhs olunan əsərdir.

Altıncı pillədə "Biz Saltrok adasındayıq" adlı əsər durur.
Əsərin müəllifi Astrid Lindgren eyni zamanda "Uzuncorab Peppi", "Balaca və damda yaşayan Karlson" əsərlərinin müəllifidir. Müəllifin adı çəkilən kitabını öz ana dilimizdə sosial şəbəkədə aktiv olan ən böyük qrup "Kitabsevərlər"-in sayəsində latın əlifbası ilə yeni nəşrdə əldə edə bilərsiniz.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1 810
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri