Xına haqqında nələri bilirik?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 13 397
Səs ver:
(səs: 0)

Xına haqqında nələri bilirik?
Boya və dərman əhəmiyyətli bir bitki kimi xına çox qədim zamanlardan istifadə edilir. Qədim Misirlilərin qəbirlərində xınanın qurudulmuş yarpaqları tapılıb. Məhəmməd peyğəmbər onun yarpaqlarının ətrini çiox sevirmiş. Bibliyada da bu bitkinin adı çəkilir. Orta Asiya ölkələrində xınadan bədəndə döymə naxışların, yazıların və şəkillərin vurulması populyarlıq qazanıb.

Azərbaycan şəraitində xınanın çiçək açması avqustun ortalarından oktyabrın ortalarına qədər davam edir. Xına tropik mnşəli bitki olub, isti və quru iqlimli ölkələrdə bitir. Yabanı halda Madaqaskar və Zond adalarında, Afrikada, Şimali Avstraliyada, Hindistanda və başqa ölkələrdə yayılmışdır. Mərakeşdə, Hindistanda Sudanda, Misirdə və s. ölkələrdə becərilir. Azərbaycanda Lənkəran zonası, Şəki rayonu və Abşeronda xınanın becərilməsi üzrə təcrübələr aparılmış və müsbət nəticələr əldə edilmişdir.
Boyaq və dərman əhəmiyyətli vasitə əldə etmək üçün xınanın yarpaqlarını payızda toplayır, qurudub xırdalayır və hər 10 kq-na 1 kq gənəgərçək toxumunun tozunu əlavə edirlər. Alınan qarışıq qırmızı rəngli tozdan ibarət olur. Xınanın tozunu alınan kimi dərhal qablaşdırır və vakuumda saxlayırlar, çünki adi şəraitdə saxladıqda o, tez xarab olub sıradan çıxır. Xınadan dərinin, saçların, dırnaqların, parçaların byadılması vəbədəndə rəngli yazıların, naxışların və şəkillərin döymə üsulu ilə yazılmasında, kosmetikada, Mendli rəsmlərinin yaradılmasında və təbabətdə geniş istifadə edilir

Xına haqqında nələri bilirik?
Xınanın təbabətdə tətbiqi:
Xına təkcə boyayıcı maddə deyil, həm də müalicəvi xüsusiyyətlərə malik olan bir bitkidir. Xına çox güclü dezinfeksiyaedici təsirə malik olduğundan, onu yaraları və zədələnmələri işləmək üçün, həmçinin dermatoloji və sümük xəstəliklərinin, baş ağrılarının müalicəsində istifadə edirlər. Həmin dövrlərdə həkimlər göstərirdilər ki, stomatitdə, dilin, yanaqların və dodaqların xoralarını xına ilə qarqara etmək faydalıdır.
Kəskin iltihab və abseslərdə, kürək nahiyəsində ağrılar baş verdikdə qızılgül yağı, təbii mum və xınanın ekstraktının qarışığı çox effektli sakitləşdirici vasitə kimi istifadə olunur. Diş ağrılarında xınanın tozunu su ilə qarışdırıb dişin oyuğuna qoyurlar. Xına tozunun sıyığı baş ağrıları zamanı həmin nahiyələrə yaxılır. Azərbaycan xalq təbabətində xına uşaqlarda təsadüf edilən xənazir (zolotuxa), həmçinin ekzema və digər çətin sağalan dəri xəstəliklərinin müalicəsində tətbiq olunur.
Xına ilə saçları boyamağın qaydası:
2-3 çay qaşığı, saçlar sıx olduqda 25 qr və daha artıq xınanı götürüb üzərinə qaynar su əlavə edir və qatı qaymağabənzər sıyıq alnana qədər qarışdırırlar. Boyanın təsirini gücləndirmək məqsədilə sıyıqlı qabı qaynar sulə dolu ikinci qaba yerləşdirir, saça asnlıqla yaxılması üçün azacıq soyudulmuş sıyığa 1 ədəd yumurta sarısı əlavə edib qarəşdırdıqdan sonra saça yaxırlar. Saçlar qırmızı-narıncı və ya qırmızı-qəhvəyi rəngə boyanır.
Xına saçları möhkəmlədir və ona gözəl parıltı verir. Təmiz xına ilə kürən və ağarməş saçları boyamaq məsləhət görülmür, çünki bu halda saçlar yerkökündəkinə bənzər xoşagəlməz qırmızı rəngə boyanır.
Xına haqqında nələri bilirik?
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 13 397
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri