Özünü bərpa edə bilən orqan. MARAQLI BİLGİLƏR

Müəllif: Son Bahar
Şərhlər: 3
Baxılıb: 2 841
Səs ver:
(səs: 0)
- Qara ciyər bədəndə olan ən böyük vəz və cüt olmayan ən iri ölçülü orqandır. Onun orta çəkisi 1,5 kq-dır.
- Hesablamalara görə, qara ciyər orqanizmdə 500-dən artıq müxtəlif funksiyalar icra edir.
- Qara ciyərin xaric edilməsi və ya məhv olması 1-5 gün ərzində labüd şəkildə insanın ölümünə səbəb olur.
- Qara ciyər çox yüksək bərpa xüsusiyyətlərinə malikdir. Bizim orqanizmdə olan heç bir digər orqan buna qadır deyil. Qara ciyərin hətta 75%-i xaric olunduqdan bir neçə həftə sonra bu orqan özünü tam bərpa edə bilər.
- Qara ciyər olduqca mürəkkəb orqandır. "Süni ürək", "böyrək", "ağ ciyər" var, lakin "süni qara ciyər" yoxdur. İndiyə kimi qara ciyərin işləmə mexanizmi tam araşdırılmayıb.
- Hal hazırda qara ciyəri qoruyan, onun fəaliyyətini bərpa edən preparatlar ("hepaprotektorlar") geniş reklam olunur. Lakin bu preparatların köməyi ilə qara ciyəri qorumaq və bərpa etmək mümkün deyil. Əksinə bəzi hallarda belə preparatların qəbulu qara ciyərdə autoimmun xəstəliklərinin inkişafına səbəb ola bilər. Belə xəstəliklər zamanı orqanizmdə qara ciyərin hüceyrələrinə qarşı anticismlər əmələ gəlir ki, nəticədə bu anticismlər qara ciyərin hüceyrələrini məhv etməyə başlayır.

- Yüksək bərpa xüsusiyyətinə malik olan qara ciyərə onu bərpa etmək və qorumaq üçün heç bir xüsusi dərman lazım deyil. Bəs nə lazımdır?

1. Spirtli içkilərdən tam imtina etmək lazımdır. Qara ciyər üçün spirtli içkilərin "ziyansız" dozası yoxdur.
2. Dərmanları çox ehtiyyatla qəbul edin, mümkündürsə - heç qəbul etməyin. İstənilən dərman (hətta tərkibində otlar olan) qara ciyər üçün ziyansız deyil. Xüsusilə bu qara ciyərdə pozulmalar olan insanlara aiddir. Baş ağrısı, diş ağrısı və s. ağrılar zamanı dərhal dərmana əl uzatmayın. Çalışın dərmansız vasitələrdən istifadə edəsiniz. Belə ki, bir çox hallarda müasir insanda baş ağrılarının səbəbi gərginlik və yorğunluqdur. Vaxt tapıb sakit qaranlıq otaqda bir qədər uzanın və dincəlin. Bu baş ağrısının azalmasına kömək edəcək. Menstruasiyadan əvvəl və menstruasiya zamanı ağrıların azalmasına fiziki iş kömək edir.
3. B hepatitinə qarşı peyvənd vurdurun.
4. Bütün kosmetik və tibbi prosedurlara (manikür, pedikür, müxtəlif müayinələr, əməliyyatlar, qanköçürmə və s.) qarşı çox diqqətli olur. Bir çox hallarda qara ciyərin sirrozuna səbəb olan C hepatiti bir insandan digərinə qanla keçir.

Beləliklə, əgər siz qara ciyər xəstəliklərinə səbəb olan əsas amilləri istisna edəcəksinizsə, qara ciyər özü özünü qoruyacaq.
- Piylənmə zamanı qara ciyərə çoxlu miqdarda piylər daxil olur. Nəticədə qara ciyər onları parçalamağa çatdırmır və piylər qara ciyərdə toplanmağa başlayır. Nəticədə qara ciyər hüceyrələri (hepatositlər) məhv olur və birləşdirici toxuma ilə əvəz olunur. Təbii ki, birləşdirici toxuma hepatositlərin funksiyasını yerinə yetirə bilmir. Nəticədə insanda qara ciyər çatışmazlığı və sirroz inkişaf edə bilər.
- Kəskin arıqlama da qara ciyər üçün çox ziyanlıdır. Əriyən piylər qan axını ilə qara ciyərə yönəlir ki, qara ciyər onları parçalasın. Nəticədə qara ciyər həddən artıq yüklənir və bu onun funksiyaların pozulmasına səbəb olur.
- Qara ciyər sağlam qidalanmanı və fiziki aktivliyi xoşlayır. Qara ciyərin ən sevdiyi məhsullar bunlardır: xurma, alma, ərik qurusu, kişmiş, qara qavalı, çuğundur, balqabaq, zeytun yağı, banan, kəsmik, cəfəri, kərəviz, bal, qarabaşaq, ədviyyatlardan - sarıkök.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 841
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri