Ölüm saçan turşular və mürəbbələr

Müəllif: Son Bahar
Şərhlər: 4
Baxılıb: 1063
Səs ver:
(səs: 0)
Ev konservləri (müxtəlif turşular, salatlar, mürəbbələr, kompotlar) bizi botulizm xəstəliyinə yoluxdura bilər. Bu çox ağır və olduqca təhlükəli xəstəlikdir.
Botulizmi törədən bakteriya Clostridium botulinum adlandırılır. Bu bakteriyalar insan orqanizmi üçün təhlükəli deyil. Lakin bu bakteriyalar tərəfindən hazırlanan "botulotoksin" dünyada ən güclü bioloji zəhərlərdən biri sayılır. Bu zəhər oksigen olmayan yerlərdə Clostridium botulinum bakteriyası tərəfindən ifraz olunur.
Clostridium botulinum bakteriysı torpaqda yaşayır. Tor.paqdan bu bakteriyalar tərəvəzlərə və meyvələrə düşür. Hətta çox təmiz yuyulan meyvə və tərəvəzlərin üzərində bakteriyanın mikroskopik sporları qala bilər. Ev şəraitində hazırlanan müxtəlif turşular, kompotlar, mürəbbələr və s. adətən kip şəkildə bağlanılır və oksigen bankalara daxil olmur. Nəticədə botulotoksinin ifrazı üçün ən əlverişli şərait yaranır.

Nəzərə almaq lazımdır ki, sporlar ev şəraitində sterilizasiyadan "qorxmur" və hətta 1 saat sterilizasiyadan sonra məhsulda sağ qalır. Clostridium botulinum bakteriyanın sporlarını yalnız meyvə və tərəvəz konservlərini istehsal edən zavodlar şəraitində xüsusi sterilizasiya avadanlıqda zərərsizləşdirmək mümkündür.
Botulotoksin insan orqanizminə düşdükdə tez bir zamanda qanın axını ilə bütün orqanizmə yayılır və müxtəlif qrup əzələlərdə ifliclərə səbəb olur. Konservləşdirilmiş qidanın qəbulundan təxminən 10-12 saat sonra xəstədə ağızda quruluq, görmənin pozulması (ikili, bulanıq görmə), mədədə ağırlıq hissi, urəkbulanması, qusma, ishal kimi simptomlar meydana çıxır. Daha sonra insanda göz qapaqların aşağı enməsi (insan gözlərini aça bilmir), səsin xırıltılı olması, bəzən səsin tam tutulması, udma refleksinin pozulması (insan əvvəl bərk, sonra isə yumşaq qidanı, daha sonra suyu uda bilmir), nəfəsalmanın pozulması (təngnəfəslik), bütün əzələlərin zəiflənməsi, yerişin pozulması və s. ağır simptomlar inkişaf edir. Bu zaman xəstəyə lazım olan tibbi yardım göstərilməzsə, tənəffüsdə iştirak edən əzələlər iflic olur və insan boğulmadan ölür.

Bu səbəbdən sadaladığımız simptomları (və onların hər hansılarını) hiss etdikdə, tez bir zamanda həkimə müraciət edin və ya "təcili yardım" çağırın. Nəzərinizə çatdıraq ki, botulizm yalnız xəstəxana şəraitində müalicə oluna bilər. Xəstəyə xüsusi zərdab yeridilir.
Təəssüf ki, botulotoksin olan bankanı aşkar etmək mümkün deyil. Bankanın xarici görünüşü adi ola bilər - bankanın qapağı qalxmayıb, mayesi bulanıq deyil və s., məhsulun dadı və iyi də dəyişilmir.
Həkimlər xəbərdarlıq edir ki, hətta ən təmiz şəraitdə hazırlamış ev konservlərində botulotoksin ola bilər. Bazarlarda və s. yerlərdə satılan, mənşəyi bilinməyən "ev" turşuları, leçoları, mürəbbələri və s. xüsusilə təhlükəlidir.
Göbələk konservləri, leçolar, müxtəlif tərəvəz salatlar botulizmə görə ən təhlükəli məhsullar sayılır.
Botulizm nadir xəstəlikdir. Lakin heç bir insan bu ölümcül xəstəlikdən sığortalanmayıb. Bu səbəbdən xəstəliyin simptomlarını bilmək çox vacibdir
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1063
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
deniz yildizi:)
Evde hazirlanan konservilerden zeherlenme ozaman olarki gigenik qaydalara riyayrt edilmese . Mamam heril hazirlayir WUKUR ALLAHA zeherlenen falan olmayib
9 sentyabr 2017 08:21
4
Offline
Narın Yağış
Evdə hazırlanan konservlərdə inanmıram ki, bu kimi problemlər olsun.Təşəkkür.
9 sentyabr 2017 03:32
3
Düşsən üstündən keçəcək insanlar var...

Ayaqda qal...
Offline
Barbaris
Bele weyler ziyandi elbeet hardan geldi bilib bilmeden alanda
9 sentyabr 2017 01:21
2
# ☀ Şəxsiyyətimlə, rəftarımı səhv salmayın! Şəxsiyyətim kim olduğumla,
Rəftarım kim olduğunuzla bağlıdır!! ✔
Offline
BARBI
Bu hallar adeten hazir alinmis sterilize edilmemis konserv bankalarda olur.Ev seraitinde bele hallar yasaanmit
8 sentyabr 2017 20:12
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri