Sevgi münasibətində etdiyiniz 9 yanlış

Müəllif: Antikvar
Şərhlər: 5
Baxılıb: 2 497
Səs ver:
(səs: 1)
Son illərdə sevgi münasibətləri çox tez başlayıb, tez də solur. Hər kəs bunu təsdiqləyə bilər. Üzbəüz söhbətlərin yerini virtual mesajlaşmaların tutması, insanlar gündəlik həyat yoğunluğu və stressin də təsiri ilə istəmədən kimlərinsə ürəyini qırırıq. Xüsusilə iş həyatındaki qəzəblərini, duyğularını evdə ən sevdiklərinin üzərinə tökərək, onu incidir, haqsız olduqlarını bilsələr də ozlərini haqlı sayırlar və bu da ayrılıqlara səbəb olur.

Həmişə haqlı olmağa çalışmaq
Həyatda hər zaman haqlı olmaq mümkün deyil. Bəzi məsələlər var ki, haqlı olmağın bir əhəmiyyəti də yoxdur. Ancaq bir adamın hər zaman haqlı olmağa çalışması doğru deyil. Bəzən insanlar haqlı olmağa o qədər meyilli olurlar ki, xoşbəxt olmağı unudurlar. Söhbət sevgi münasibətindən gedirsə, tərəflərdən hansınınsa yüzdə yüz haqlı ya da yüzdə yüz haqsız olmadığını unutmayın və ikili münasibəti bitirən bu yanlışı kənara qoyun. Lazım gələrsə, üzr istəyin, üzr istəmək zəiflik deyil.

Hər şeyi bərabər etmək istəyi
Bir münasibətdə önəmli olan “mən”ləri itirmədən “biz” ola bilməkdir. Münasibətdə hər bir insanın özünə aid bir ətrafının olması çox önəmlidir.
Birlikdə vaxt keçirməklə yanaşı hər bir fərdin öz dostları, ailə ilə vaxt keçirməsi, öz hobbilərinə vaxt ayırması, insanların münasibətlərinə daha obyektiv yanaşması və münasibətdən daha da çox zövq almalarını təmin edər. Buna görə “mütləq hər şeyi birlikdə etməliyik” istəyindən əl çəkin.

Bir-birini dəyişdirməyə çalışmaq
Hər bir münasibətin başlanğıcında sevgilinizdə sevdiyiniz xüsusiyyətlər, zamanla ən çox dəyişdirmək istədiyiniz özəlliklər ola bilər. Ən yaxşısı, qarşınızdakının da hər insan kimi qüsurlarının olduğunu qəbul edin və həmişə onu dəyişdirməyə çalışmayın. Üstəlik bir adam dəyişmək istəmirsə, onu zorla dəyişdirə bilmərsiniz. Sevdiyinizin mənfi yönlərinə diqqətinizi daha çox kökləsəniz, o zaman münasibətiniz gərginləşəcək. Ancaq önəmli bir amil odur ki, sevdiyinizdə dəyişdirmək istədiyiniz özəllik sizə və ətrafdakılara zərər verir ya yox? Zərər vermirsə, dəyişdirməyin. Dəyişdirmək ona qarşı edilmiş bir haqsızlıq olar.

Sevgilini həyatının mərkəzinə qoymaq
Belə yanaşma son dərəcə yanlışdır. Bir münasibətə çox köklənməniz, hər şeyinizi sevgilinizə görə planlaşdırmanız sizi tez tükəndirəcək və münasibətdəki balansı pozur. Sevdiyiniz insan sizin üçün çox önəmli ola bilər, amma həyatınızı tamamlayan şeylərdən yalnız biridir, həyatınızın hamısı deyil. Ona görə bu səhvi etməyin.


Sosial şəbəkə və oyunlarda çox vaxt keçirmək

Günümüzdə ən mühüm problemlərdən biri tərəflərdən birinin həddən çox telefon və sosial şəbəkələrdə vaxt keçirməsidir. Axşam evə gələn kimi əlinə telefonu alıb buraxmamaq, sosial şəbəkədən gözünü ayırmamaq, bir-biri ilə zaman keçirmək yerinə başqalarının paylaşımlarına baxmaq, “başımı dincəldirəm” deməklə kompüter oyunlarında vaxt keçirmək gerçək münasibətlərə ciddi zərər verir.


Çox şey gözləmək

Qarşınızdakı insandan sizə verə biləcəyi qədər istəməlisiniz. Hər insanın sevgi alma və vermə qədəri var. Sevdiyiniz adamın bu qədərini bilin və ondan hər şeyi gözləməyin. Xüsusilə, indi insanların çoxu sosial şəbəkələrdə bəzi insanlar əyləncələrdə, gəzintilərdəki fotolarına baxaraq öz həyatı ilə müqayisə edir və qarşı tərəfin günün qara edirlər.

Keçmişə və pis şeylərə ilişib qalmaq
Bəzi insanlar keçmişi heç cür unuda bilməzlər. Ancaq ki münasibət zamanı keçmişdə edilən səhvlərə ilişib qalmaq, köhnə problemləri həmişə gündəmə gətirmək münasibətin dağılması üçün hazır qoyulan bir bombadır. Səhvlərindən dərs çıxarıb çıxarmadığına baxmaq mühümdür. Keçmişdəki səhvlərini bağışlamağı seçmisinizsə, bunun məsuliyyətini də dərk etməlisiniz. Əgər bağışlaya bilmirsinizsə, mütəxəssis yardımı alın.

Təhqir etmək
Dava edərkən sizi narahat edən məsələ ilə bağlı danışın, amma təhqir etməyin. Problemi daha da böyütməyin. Qarşınızdakı adamın dəyərlərinə hücum etmək, kiçik görmək etdiyiniz ən böyü səhvlərdən olar.

İçinə atmaq
Sualları içinizə atmaq yerinə doğru zamanda, doğru yerdə dilə gətirməkdən qaçmayın. Əksinə içinizə atmanız, danışmamanız problemlərin gələcəkdə daha da böyüməsinə səbəb olar. Sakitliyinizi qoruyaraq incikliyinizi bir yolla dilə gətirin. Duyğularınızı paylaşın.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 2 497
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri