"Mentalitetimiz belədir" və "Camaat nə deyər"

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 3 220
Səs ver:
(səs: 0)
"Mentalitetimiz belədir" və "Camaat nə deyər" fikri ilə 100də 90 razılaşan biri deyiləm. Amma bəzi məsələlər var ki, "camaat nə deyər" fikrini düşündürür insana. Bəzi qadınlar "mən mentalitetə önəm vermirəm. Mən azad qadınam" deyərək istədiyi çılğınlığı edirlər. İstədiyi qədər açıq geyinir, rahat şəkildə qəhqəhələr atır, kimlə necə davranmasına önəm vermir, qarşı cinsi çox yaxına buraxırlar. Və təbii ki bundan yararlanan bəzi "kişilər" olur. Sonda isə qadın istəmədən də olsa "əxlaqsız" adını qazanır.

Bu təkcə qadınlara aid deyil. Bəzi kişilər də "mən azad yaşayıram" deyərək bütün pis vərdişlərə aludə olur, avropalaşmağa çalışır, harada necə davranılmasını bilmir. Və sonda müxtəlif çətinliklərlə üzləşir. Bu halların yaşanmasında cəmiyyəti günahkar görmək əvəzinə özünüzdəki səhvi görün. Azad olmaq evə gec gəlmək, istədiyin saatda şəhərə çıxıb gəzmək, bahalı butiklərdən geymək, qadın olmana rağmən qəlyan, siqaret çəkmək, kişi olmana rağmən "istədiyini" etmək, parkda sevgilinizlə rahat öpüşmək, 'gecə həyatı' yaşamaq və s. demək deyil. Bəzən harada və hansı qaydalar altında yaşadığını xatırlamaq önəmlidir. Yəni deyəcəyim o ki, bəzən öz davranışlarınıza nəzər salıb, "camaat nə deyər?!" fikrini düşünsəz sonradan etdiyiniz səhvlərdə cəmiyyəti "geridə qalmış" kimi günahlandırmazsız. Axı biz Avropada yaşamırıq...
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 3 220
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri