ƏSLA BUNU TAXMAYIN! Bədbəxtlik gətirən zinət əşyaları

Müəllif: Son Bahar
Şərhlər: 5
Baxılıb: 3 315
Səs ver:
(səs: 1)
Bahalı zinət əşyalarını praktiki olaraq bütün qadınların, bəzən də kişilərin zəif ən nöqtəsi adlandırmaq olar. Onlar insanların əlinə müxtəlif yollarla keçir: bəziləri özü müstəqil şəkildə alır, bəziləri isə hədiyyə kimi qələmə verir. Yolda gedən zaman təsadüfən qızıl-zinət əşyaları tapan bəxtəvərlər də az deyil. Amma çox az adam bilir ki, qızıl-zinət əşyaları sahibinə dərd və müsibətlər gətirə bilər.

Bu yazıyla oxucuları öz sahibinin həyatında hadisələrin gedişinə mənfi təsir göstərə bilən 6 bahalı zinət əyşası ilə tanış edirik:
Tapılmış bəzək əşyaları

Bu cür ləl-cəvahiratlar bir növ "lotereya"dır. Onlar həm uğur, həm də əksinə bədbəxtlik gətirə bilər. Hər şey onların əvvəlki sahibinin karmasından asılıdır. Amma istənilən halda başqasının malından xeyir gözləmək ağılsızlıq olardı. Təsadüf nəticəsində tapılan dini rəzmlər xüsusi diqqətə layiqdir. Belə bəzək əşyaları ümumiyyətlə uğur gətirə bilməz. Yaxşı olardı ki, onlardan mümkün qədər tez yaxa qurtarasınız. Dini rəzmlərin qızıl, gümüş və ya brilyant olmasının fərqi yoxdur. Belə tapıntılardan müsbət heç nə gözləməyə dəyməz.

Oğurlanmış zinət əşyaları
Qiymətli zinət əşyaları onu oğurlayan insana fayda gətirə bilməz. Hələ qədim zamanlardan bununla bağlı inanclar mövcuddur. Məsələn, bahalı zinət əşyasının sahibi ağır xəstəlikdən əziyyət çəkirsə, onları oğurlayan insan da eyni bəlaya düçar ola bilər.

Lombarddan alınmış qızıl-zinət əşyaları
Burada dərhal qeyd etmək lazımdır ki, heç kəs öz var-dövlətini lombarda kefindən aparıb vermir. Bir qayda olaraq bu, hansısa kriminal və ya faciəli hadisədən sonra baş verir. Müvafiq şəkildə lombarda qoyulan bəzək əşyaları sahibləri kimi mənfi energetikaya malik olur. Odur ki, belə müəssisələrdən alınmış əşyalara ehtiyatla yanaşmaq lazımdır. Kim bilir, bəlkə də məhz lombarda qoyulan cəlbedici kulon eyni ilə əvvəlki sahibi kimi sizi maliyyə iflasa gətirib çıxara bilər.

Pis insanların bağışladığı bəzək əşyaları
Qiymətli zinət əşyalarını tez-tez qida ilə müqayisə edirlər. Məsələn, pis əhval-ruhiyyə ilə yemək hazırlamaq ürəkbulanma, qusma, ishal və mədə-bağırsaq sistemi pozğunluğu yarada bilər. Bəd niyyətli adamların hədiyyə etdiyi zinət əşyaları da uğursuzluq səbəbi ola bilər, çünki hədiyyə verənlər qarşı tərəfin ünvanına eyni zamanda mənfi mesaj da göndərir. Əlbəttə, çoxları bu "cəsarətli" fikirlə razılaşmaya bilər. Amma özünüz düşünün, məsələn, qadınlara deyingən qayınanaların hədiyyə etdiyi sırğalar bir çox hallarda özü ilə birlikdə kədər və göz yaşları da gətirir. Və ya daha bir parlaq nümunə: Paxıl həmkarların bəxş etdiyi üzük sahibinin həyatına müxtəlif xəstəliklər və problemlər cəlb etməyə başlayır. Mütəxəssislər əmindir ki, qəlbi qara adamlar həvəslə bəxş etmədiyi hədiyyələrə neqativ fikirlərini də ötürür. Bu isə hədiyyə sahiblərinin həyatını kökündən dəyişə bilər. Lakin təəssüf ki, yaxşılığa tərəf deyil.

Süni daşları olan bəzək əşyaları
Dəyəri çox aşağı olan və çoxlu sayda sayda zərgərlik məmulatlarını bəzəyən süni daşların təbii daşlar ilə heç bir əlaqəsi yoxdur. Amma belə gözəl süni daşların nə səbəbdən dərd və bəlalar gətirdiyini çoxları başa düşə bilmir. Cavab sadədir. Məsələ ondadır ki, təbii daşlar uzun zaman kəsiyində torpaqda qalır və torpaq onları güclü təbii enerji ilə neytrallaşdırır. Bu səbəbdən də təbii daşlar öz enerjisini sahibi ilə bölüşmək imkanına malikdir. Süni daşlarınsa təəssüf ki, bölüşməyə heç nəyi yoxdur. Onlar təbii daşların əksinə olaraq öz sahibinin həyat enerjisini özünə tərəf çəkməyə başlayacaq. Ümumiyyətlə, mütəxəssislər süni daşlarla işlənmiş bəzək əşyalarını uzun müddət taxmağı məsləhət görmür. Üstəlik onlardan talisman və rəzmlər hazırlamaq doğru deyil.

Ailədən miras qalan zinət əşyaları
Artıq qızıl-zinət əşyalarını bir neçə əsr nəsildən-nəslə ötürmək ənənə halını alıb. Bu da əbəs deyil! Ailədən miras qalan zinət əşyaları bir qayda olaraq uğur gətirir və bir növ ailənin qoruyucu amuleti rolunu oynayır. Odur ki, belə bəzək əşyaları haqqında heç kimə söyləməməyə və kənar baxışlardan gizlətməyə çalışın. Ancaq bəzi insanlar müxtəlif səbəblər üzündən ona miras qalan qızıl-zinət əşyalarını satmağa məcbur olur. Bu, qətiyyən yolverilməzdir! İnanclara əsasən belə hesab edilir ki, bununla insan öz uğur, bəxt və sağlamlığını da itirmiş olur. Bundan başqa, qədim inanclarda miras əşyalarını satan insan bununla özünə, hətta bütün sonrakı nəslinə ciddi ziyan vurduğu ilə bağlı fikirlər də irəli sürülür.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 3 315
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri