Deyəsən,bura aid deyiləm...

Müəllif: Son Bahar
Şərhlər: 3
Baxılıb: 1 748
Səs ver:
(səs: 0)
Çox düşünmüşdü bu haqda..Bəlkə də,hər gün,hətta hər saat..Heç özü də fərqində olmadan həyatı bu düşüncələr içində axıb gedirdi..Eynən qum saatı kimi. Guya bu suallara cavab tapmadan necə yaşayacaqdı? Yəqin ki, onun taleyi elə belə olmalı idi.. O həyata həyatı fikirləşməyə gəlmişdi..Həyat haqqında düşünməyə..Bu,onun üçün çox çətin idi,çünki insanlar o qədər yöndəmsiz idilər ki,o düşünürdü: "bəlkə,bura aid deyiləm?" Əlbəttə, bu qərara da birdən-birə gəlməmişdi. Onu anlayan heç kimsə yox idi. O heç digərləri tərəfindən anlaşılmaq istəyirdimi? Heç bundan da əmin deyildi,amma bilirdi ki,bu,mümkün deyil. Bəlkə də, mümkündür,amma onun həqiqətən aid olduğu yerdə.. Heç kim bilmirdi,amma mən onun düşüncələrini hiss edirdim. O,heç anlamayanlar tərəfindən əqli zəifliyi olan və ya pessimist bir şəxs kimi tanınırdı,amma heç kimin özündən xəbəri yox idi. Nə qədər acınacaqlı vəziyyətdə olduqlarından.. O düşünürdü ki,bəlkə, mənəm acınacaqlı vəziyyətdə olan? Amma,xeyr,bu,belə ola bilməzdi. Çünki o düşünürdü..hər şeyi,yaşadığı hər saniyəni..Dərs çıxarmağa çalışırdı..Digərləri isə yalnizca yaşayırdı..Daha doğrusu,nəfəs alırdılar. Hansı ki,bütün insanların "yaşamaq" üçün etdikləri formal proses. O isə dərinliklərə gedirdi. Eslində o,incik idi..Çoxları əhəmiyyət verməzdilər,amma o,daim yalnız ağlayardı. Axı niyə o bu dünyada tək idi? Bəlkə də,deyildi..Onun düşüncə oxşarı,bəlkə də,haradasa yaşayırdı..Onun həqiqətən aid olduğu yerdə..
O heç "dost nədir?" sualina da cavab tapmamışdı. Əslində tapmışdı,amma dost olacaq şəxsi tapmamışdı..Halbuki,o özü çox yaxşı bir dost ola bilərdi..Bəs niyə tapa bilməmişdi? Bu haqda fikirləşəndə dəqiqləşdirdi ki,insanlar onunla yox,o insanlarla dostluq etmək istəmirdi..Çünki o saxtakarlığa nifrət edirdi. Və ətrafdakı vəziyyət ürəkağrıdıcı idi.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 748
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri