Gözəlliyi ilə diktatorların AĞLINI BAŞINDAN ALAN XANIMLAR - Maraqlı faktlar - FOTO

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 2 257
Səs ver:
(səs: 0)
"Ağlatdığın bir qadının göz yaşlarını ya o anda silərsən, ya da o göz yaşlarında boğulmamaq üçün ömür boyu çırpınmaq məcburiyyətində qalarsan", - qadını Anton Çexov kimi dəyərləndirmək hər kəsin işi deyil. Amma buna cəhd edənlər olub: "Dünyanı yaşayış üçün yararlı hala salan qadınlardır", - İohann Kristof Fridrix Şiller yazırdı.

Məlumdur ki, müasir dövrdə diktatorlar insanlarda yumşaq desək, simpatiya yaratmırlar, lakin onların xanımları haqda bunu demək bir qədər çətindir.

Maraqlıdır, avtoritar dövlətlərin liderlərinin birinci xanımları bir qayda olaraq gözəldirlər. Əgər diktatorların sərt xarakterini yumşalda biləcək kimsə varsa, bu yalnız onların dəbli və gözəl xanımlarıdır.

Aşağıdakı icmalda avtoritar ölkələrin birinci xanımları haqda məlumatı oxuculara çatdırırıq:

1. Əsma əl-Əsəd (Suriya)


Gözəlliyi ilə diktatorların AĞLINI BAŞINDAN ALAN XANIMLAR - Maraqlı faktlar - FOTO

Bir neçə il əvvəl bütün dünya Əsma əl-Əsəd xanıma heyran idi. Bu gün isə müharibə ilə tamam parçalanan ölkədə birinci xanım üçün hər şey çox çətindir.


Əsma Londonda müsəlman ailəsində doğulub. Suriyaya yaşamaq üçün o, yalnız 25 yaşında köçüb. Əsma al-Əsəd avropasayağı geyinir, hicab və ya pərəncə daşımır. Hələ müharibənin başlanmasına bir qədər qalmış, birinci xanıma ölkəni tərk etməyi təklif edirlər, lakin xanım bundan imtina edir və hazırda xeyriyyəçiliklə məşğul olur.

2. Ana Paula duş Santuş (Anqola)



Ana Paula duş Santuş - keçmiş stüardessa və fotomodel, bu gün Anqola prezidentinin xanımıdır.
Onların görüşünün tarixi əsl roman süjetidir - kişi prezidentdir, Paula isə stüardessa. Amma nikbinlərin təbirincə desək, qeyri-mümkün olan heç nə yoxdur... Anqola prezidenti Joze Eduardın xanımı Ana Paula duş Santuş ərindən 20 yaş kiçikdir. Yalnız bu, keçmiş fotomodel və stüardessanı tamamilə maraqlandırmır.





Bir dəfə birinci xanım fikir bildirdi ki, onun uşaqları yerli məktəblərdə oxumayacaqlar, çünki Anqolada təhsilin səviyyəsi olduqca pisdir. Səslənən bu fikirlər əhali tərəfindən müsbət qarşılanmadı, etirazlar bununla bağlı idi ki, uşaqları göndərincə ölkədə təhsili gücləndirin.

Li Sol Çju - Şimali Koreyanın birinci xanımı.



Dünyanın ən təcrid olunan ölkələrindən birinin birinci xanımı Li Sol demək olar ki, "qəflətən ortaya çıxdı". Əvvəllər ölkənin liderləri heç vaxt öz arvadlarını ictimaiyyətə təqdim etmirdilər. Bundan başqa, xanım Li öz həmvətənlərinin arasında geyim tərzlilə kəskin seçilir. Əgər Şimali Koreyada qadınların əksəriyyəti ciddi kostyumlar daşımalı, özlərini daha təvazökar aparmalıdırlarsa, ölkənin birinci xanımı bu ənənələri dağıdır. O, dizdən yuxarı ətək geyinir, hündürdaban ayaqqabılara üstünlük verir.



Gənc xanımın prezident Çen Inın həyatına gəlişi Şimali Koreyada qadınlara şalvar qadağasını da aradan qaldırdı. Eyni zamanda ölkənin ideoloji moralistlərini şoka salan bijuteriya istifadəsinə də icazə verildi.

Raniya əl-Abdulla - İordaniya kraliçası.





Raniya əl-Abdullanı müasir dünyanın ən gözəl kraliçası adlandırırlar. İordaniyanın birinci xanımına nəzər salanda, bununla razılaşmamaq düz olmazdı. Bu qadının tərcümeyi-halını vərəqləyəndə, mükəmməl obrazla rastlaşırıq: Raniya - üç uşaq anasıdır, o, müsəlman ölkəsinin qadınlarına təhsil almağa kömək edir, xeyriyyəçiliklə məşğul olur və özünü "əsl ərəb qadını" adlandırır.

Şantal Biyya - Kamerunun birinci xanımı.



Şantal Biyya, sözsüz ki, planetin ən parlaq və cazibəli birinci xanımıdır. Əri ilə böyük yaş fərqi var: xanımın 82, prezidentin isə 44.



Şantalı saç düzümünə görə də görənləri heyrətləndirir. Bu böyük yığın - parik deyil, onun təbii saçlarıdır. Ekzotik geyim tərzi birinci xanıma insanlarla xoş ünsiyyət yaratmağa mane olmur. Yeri gəlmişkən, Şantal və Fransa sabiq prezidentinin birinci xanımı Karla Bruni ilə rəfiqədir.



Onlar bir yerdə bir neçə dəfə Paris butiklərində alış-veriş edərkən kameralara tuş
gəliblər.

İmelda Markos - Filipinin birinci xanımı -



(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 257
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri