Xanımların gözəl görünmək istəyi qarşısında ƏZİYYƏT ÇƏKƏN KİŞİLƏR

Müəllif: Son Bahar
Şərhlər: 6
Baxılıb: 1128
Səs ver:
(səs: 0)
Sözsüz ki, hər bir xanım gözəl görünmək üçün kosmetik vasitələrdən istifadə edərkən əksər hallarda yalnız bir məsələ haqqında düşünür, sevdiyi insanın xoşuna gəlsin.
Bunu təbii hal kimi qəbul etmək olar. Amma bu məsələnin başqa bir tərəfi də var, kişilərin bu süni gözəllikdən əks-təsirə məruz qalması. Məsələn, xanımlar dodaq boyasından istifadə etdikləri zaman...

Qadınla.Com saytı mövzu ilə bağlı yazını təqdim edir.
Hesablamalara görə, dodaq boyalarından istifadə edən xanımlar 55 yaşına qədər 500 qramdan 5 kiloqramadək dodaq boyası “yeyir”. Əgər, hətta minimum həddi, 500 qram dodaq boyasının orqanizm tərəfindən mənimsənilməsini götürsək və bu dodaq boyası ucuz, keyfiyyətsiz boyalar sırasındadırsa, sağlamlıq üçün ciddi problemlər yaratdığını yəqin etmək olar. O ki, qaldı 5 kiloqrama, burda boyanın mənfi təsiri mütləqdir.

Təbii ki, dodaq boyasını istehsal edənlər, onun satışını və reklamını təşkil edən şirkətlər bu kosmetik vasitənin sağlamlığa zərərsiz olduğunu dönə-dönə vurğulayırlar. Ancaq nədənsə, əksər şirkətlər dodaq boyalarının kimyəvi tərkibi haqqında alıcılarını məlumatlandırmırlar. Əgər dodaq boyalarının kimyəvi tərkibinə nəzər yetirsək şahidi olarıq ki, bu tərkibdə olan bəzi maddələr orqanizmə düşərsə, müxtəlif xəstəliklərin yaranmasına səbəb ola bilər. Bunlar hansılardır?
Bunlar əsasən dodaq boyaları hazırlanarkən tərkibinə qatılan ağır metallardır.
Qurğuşun bir çox dodaq boyalarının əsas inqredientlərindən biridir ki, o orqanizmin daxilinə düşərsə, bir sıra xəstəliklərin yaranmasına səbəb ola bilər.
Bu kosmetik vasitənin digər inqredientlərindən biri xromdur. Dodaqdan mədəyə yol tapan xrom xərçəng xəstəliyinin yaranması təhlükəsini yaradır.
Dodaq boyalarının tərkibinə rəng yaratmaq üçün karmin adlı maddə qatılır. E120 adlanan bu maddə kimyəvi yolla böcək yumurtalarının qurudulmuş qabıqlarından hazırlanır. Bu maddə dərinin qıcıqlanmasına və allergiyaya səbəb olur.

Boyaların tərkibində olan aromatizatorlar dəri quruluğu, dermatit kimi problemlərin yaranma ehtimalını artırır.
Dodaq boyalarının tərkibində olan lanolin nəmləndirmə xassəsinə malik olsa da, bu maddə daxilə düşərkən həzm sistemində ciddi fəsadlar törədir.
Mütəxəssislərin gəldiyi nəticəyə görə boya dodaqlarda uzun müddət qaldıqda bu baş ağrısına, ürəkbulanmaya, qan təzyiqinin oynamasına səbəb ola bilər.
Həmçinin, dodaq boyasının tərkibindəki zərərli maddələr böyrəklərin fəaliyyətinə də mənfi təsir göstərə bilər.
Sözsüz ki, dodaq boyalarının mənfi təsirləri xanımları çox sevdikləri bu kosmetik vasitədən ayıra bilməyəcək. Buna görə də xanımlar dodaq boyasını seçərkən istehsal mənşəyi bəlli olan, keyfiyyətli boyalara üstünlük verməlidirlər.
Nəhayət, xanımlar gözəl görünmək üçün dodaq boyalarından istifadə edərkən kişiləri də nəzərə almalıdırlar. Düşünməlidirlər ki, onlar dodaq boyalarını öz qida rasionlarına könüllü daxil edirlər, kişilər isə bu qidanı məcburiyyət qarşısında qəbul etməli olurlar. Axı kişilər öpüşməzdən əvvəl öz sevdiklərinə “dodağındakı boyanı təmizlə” ifadəsini işlədə bilmirlər.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 1128
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 15092
Xəbər sayı: 6883
YalniZ-ArZu
Burda yazilanlardan xeberdaram.
Elede seven deyilem pomada.Harasa gedende azca vuraram eve gelen kimi silirem.Menimki surmedi,tuwdu ve goz karandawidi suslu en cox onlardan istifade edirem cunki.
24 sentyabr 2017 18:25
6
Gözümüz bağlı güvəndiyimiz insanlar, yaxşı niyyətimizin içinə zibili yığanda, bizə də hər münasibətə üz verməyib, hər mundarın sözünə aldanmamaq qalar. 08
Şərh sayı: 1555
Xəbər sayı: 13
_ŞN_
vay vay neler varmiw onsuzda cox istifade eden deyilem hec bayira cixandada cox vurmuram yoldawim elede beyenmir deyir sade yaxsidi 09
24 sentyabr 2017 16:07
5
Şərh sayı: 11014
Xəbər sayı: 2333
Barbaris
Dodaqq boyasi istifade edirem bir yere gedende ama neynim her wey ziyandida onsuz hh
24 sentyabr 2017 14:17
4
# ☀ Şəxsiyyətimlə, rəftarımı səhv salmayın! Şəxsiyyətim kim olduğumla,
Rəftarım kim olduğunuzla bağlıdır!! ✔
Şərh sayı: 7864
Xəbər sayı: 1323
Son Bahar
Dodaq boyasinan harasa gedende isdifade ediremsuslu Əvvəl fikir vermirdim belə seylərə rengi xosuma geldise alirdim uzcuz olsun baha olsun fikir vermezdim.İndı firmadan islədirəm ama buda o demek deyildki firmanin mehsuludusa ziyansizdir.Oku qaldi kisilərə mənim yoldasim irgenir dodaq boyasinan09
24 sentyabr 2017 12:40
3
Son Bahar kadini
Şərh sayı: 10659
Xəbər sayı: 0
qanadli melek
Hec vaxt dodaq boyasinan istifade etmemisem
24 sentyabr 2017 11:37
2
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Şərh sayı: 81395
Xəbər sayı: 30
BARBI
Dodaq boyalari olduqca zererlidir.Terkibinde kimyevi maddeler var.Ne edekki gozelkik qurban teleb edir
24 sentyabr 2017 11:13
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri