Mirvari sevgi gətirir?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 7 965
Səs ver:
(səs: 1)


Bəyaz mirvari: Sağlamlığı

Krem rəngli mirvari: Xoşbəxtliyi

Açıq çəhrayı mirvari: Sevgini təmsil edirdi.

Bənövşəyi mirvari: Sərvəti

Qara mirvari: Müdrikliyi təmsil edirdi.

Mirvarilər həm də saflığı və məsumluğu ifadə edirmiş.

Hindlilərin dinində evlilik mərasimi zamanı mirvarinin hədiyyə edilməsi qədim zamanlardan adət halına çevrilmişdir.

Qədim Romada mirvarilər zənginliyin simvolu kimi qəbul olunurdu.

Yunanlar isə gözəlliyinə, sevgi və evliliyi ifadə etdiyinə görə mirvarini çox dəyərləndirirmişlər.

Qədim misirlilər mirvarilərə özləri ilə birlikdə dəfn edilə biləcək qədər böyük dəyər vermişlər.

Rəvayətə görə Markus Antoniusa bir bəhsdə qalib gələn Kleopatra bir ölkənin varlığını uda biləcəyini göstərmək üçün bir qədəh şərabın içərisində mirvarini əridərək içmişdir.

Əsrlər əvvəl zadəganlar döyüşə gedərkən özləri ilə mirvari aparırmışlar.

Çünki onlar mirvarinin özlərini zərərdən qoruduğuna inanırdılar.

İnsanların fikrincə mirvari ayın simvolu olmaqla yanaşı sehrli gücə də malik idi

Romada yalnız müəyyən rütbəyə malik insanların mirvari taxmasına icazə verilirdi.

Qədimdə bir çox xalqların mədəniyyətində mirvarinin ürək və bir çox xəstəliklərə qarşı müalicəvi əhəmiyyətinin olduğuna inanılırdı.

(səs: 1)
Şərhlər: 5
Baxılıb: 7 965
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri