◆◆◆Yağış◆◆◆

Müəllif: Son Bahar
Şərhlər: 4
Baxılıb: 2 854
Səs ver:
(səs: 1)
Yenə külək əsir şəhərimdə ..kimi qucaqladın ? Ətrini gətirərmi ? Biraz daha..Ciyərlərim yenə hiss etdi səni , göy üzü də biraz qırmızı bu gecə. Yoxsa gülürsənmi Qadın? Yanaqların batırmı ? İri qara gözlərin parıldaya bilirmi sevinclə..Ayın işığının saçlarındakı əksi .Hələ də eyni qoxudasanmı?
Yenə həsrət.. bu gecə də qonağım..Nə qəribə.. Yenə dəli kimi qısqandım səni , haqqım olmaya - olmaya bir daha .Hiss edərək , biraz daha əzilərək..Yağışda başladı , bax ! Əzab çəkir Şəhərim. Keçdiyim hər küçədə biraz səni buraxdım mən ..hər addımda..biraz daha əksilərək ..qoparcasına içimdən.. qanlar içində ruhum..
Damlalar yuyaraq aparır səni .Getmə , qal deyə , qışqırır hər nəfəs alışım.Bax necə şiddətlə yağır.Hər damlası mən , içində hər hissə sən..Sökərək ciyərlərimi , alaraq hər nəfəsimi .Ayaq izləri sevgimin hər qaldırımında .Biraz daha sən .biraz daha sən..

Günay Quluzadə
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 2 854
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri