Ceyn Ostin - "Qürur və Qərəz" kitabından sitatlar

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 5 363
Səs ver:
(səs: 1)
Bir adama görə dürüstlük və ləyaqətə olan baxışlarınızı dəyişmək olmaz.

- Yalnız dərin hisslər məni mehraba sürükləyə bilər, bu səbəbdən qarıyıb qalacam.

- Kişini cəzb etmək üçün qadının istifadə etdiyi hər üsul iyrəncdir. Hiyləgərliklə yoğrulan hər şey iyrəncdir.

- Məgər ətrafa diqqətsizlik aşiq olmağın ən yaxşı sübutu deyilmi?

- Süni təvazökarlıqdan aldadıcı heç nə yoxdur. Onun altında çox vaxt başqalarının fikirlərinə laqeydlik və bəzən də maskalanmış lovğalıq gizlənir. Məncə mən heç vaxt müdriklik və xeyirxahlığa lağ etməmişəm. Axmaqlıq və ədabazlıq, şıltaqlıq və məntiqsizlik mənə gülünc görünür. Və buna müyəssər olanda onlara gülürəm də.

- Əsl zəkaya sahib kəs qüruru həmişə lazım olan sərhəddə saxlaya bilir.

- Sizin zəifliyiniz insanlara nifrət etmək amadəliyidir.
Sizinki isə qəsdən onları başa düşməməkdir.

- Qarşında müəyyən məqsəd olanda məsafəyə fikir vermirsən.

- Siz onunla yaxından tanışsınız?
Daha yaxından tanış olmaq istəməyəcək qədər.

- Bu dünyada məhəbbətimdən faydalanan az adam var. Həqiqətən hörmət etdiklərim isə ondan da azdır. Dünyanı müşahidə etdikcə, ondan daha az xoşum gəlir.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 5 363
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri