Ətrini güllərdən alaram sənin

Müəllif: Barbaris
Şərhlər: 5
Baxılıb: 1 795
Səs ver:
(səs: 1)
Qoxu insan həyatında mühüm rol oynayır. Qədim insanlar tonusu yüksəltmək üçün ondan istifadə ediblər. Zaman keçdikcə ətirli bitki və çiçəklərin orqanizmə təsiri öyrənilərək onlardan müalicə vasitəsi kimi istifadə edilməyə başlanılıb. Lap qədim dövrlərdə bir sıra ölkələrdə camaat kafur ağacının yarpaqlarını yığıb kiçik torbacıqlara dolduraraq boğazlarından asarmışlar. Onlar təcrübə nəticəsində sınaqdan çıxarıblar ki, həmin ətirlərlə nəfəs almaq ciyəri, əsəb sistemini möhkəmləndirir, beyni təmizləyir. Xüsusi ətirli maddələrlə saçların yuyulması da xoş təsir bağışlayan əlamətlərdən sayılır.

Qadınla.com bildirir ki, qədim ənənələr indi də davam edir. Tədqiqatlar nəticəsində ətirli bitkilərin sirri açıldıqca onlardan müalicə vasitəsi kimi daha geniş istifadə olunur. Qoxunun bir sıra xəstəliklərə dərman olduğu çoxdan öz təsdiqini tapıb.

Ətriyyatın vətəninin qədim Misir olduğunu deyirlər. Burada məbədlərə gedən əhaliyə daha xoş təsir göstərmək üçün xoş iyli maddələr, məlhəm və ətirlərdən istifadə olunurdu.

Elladada idmançılar yarış zamanı orqanizmə oyadıcı təsir göstərən iyli maddə və ətirlərdən gücü bərpa edən vasitə kimi faydalanırdılar. Xoş ətirli güllərdən kiçik yastıq düzəldib baş altına qoyanda başağrısı və zəiflik hissi keçib gedir.

Eyni miqdarda dəfnə yarpağı və ayıdöşəyindən kiçik yastıq düzəldib baş altına qoyulması sakit və rahat yuxu gətirir. Evkalipt bədəni möhkəmləndirir, ağciyəri soyuqdəymədən qoruyur. İş prosesində nanə və cirəni iyləmək beynin qan dövranını yaxşılaşdırır, immuniteti artırır.

Halsızlıq və keylik zamanı ayıdöşəyi və güldən alınan efir yağını iyləmək lazımdır.

Yaddaşın və zehnin stimullaşdırılmasında qərənfil və reyhandan alınan ətirli yağ müsbət rol oynayır.

Təzə çobanyastığını iyləmək yuxu gətirir. Bəzi yerlədə həmin məqsədlə kəklikotudan düzəldilmiş döşək və yastıqdan istifadə edirlər.

Ürək fəaliyyətini gücləndirmək üçün heyva iyləmək məsləhət görülür. Buruna gülab çəkmək, itburnu çiçəyini iyləmək də ürəyə qüvvətləndirici təsir göstərir.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 1 795
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri