Ağıllı ürək

Müəllif: YalniZ-ArZu
Şərhlər: 1
Baxılıb: 1 440
Səs ver:
(səs: 0)
Meşədə yanğın çıxmışdı. Ayaqları olmayan dilənçinin sürəti çox asta idi. Həmçinin gözləri görməyən dilənçinin də xilas olası qeyri-mükün idi!
Qərar vermək lazım idi. Kor olan ayaqları olmayana səsləndi:"Xilas olmağın tək yolu var, səni çiyinlərimə alacağam. Sən mənim gözlərim olacaqsan, mən də sənin ayaqların. Sən mənə yolu tərif edəcəksən, ikimiz də xilas olacağıq."
Bu hekayənin dilənçiliklə heç bir əlaqəsi yoxdur. Birbaşa bizimlə əlaqəsi var. Çünki yanmaqda olan bizik, meşə deyil.
Hekayədəki kor ağlımızdır. Bizi o yanğından qurtara bilməz. Çünki onun yanlız ayaqları vardır. Hansı istiqamətə gedəcəyini bilə bilməz. Yıxılar, qalxar və özünə zərər verər. Özünə zərər verdikcə də, "həyat mənasızdır" deyə düşünməyə başlayar.
Qəlb isə ayaqları olmayan dilənçidir. Görür, hiss edir, amma onu hərəkətə gətirəcək ayaqlardan məhrumdur. Hər zaman olduğu yerdə qalar və gözləyər.

Bir gün ağıl ürəklə razılaşacaq. İkisi birlikdə olduqda, hər zaman yanğından xilas ola bilərlər. Amma ağıl hər zaman ürəyi çiyinləri üstündə aparmağı bacarmalıdır.
Müdriklik ürək ilə ağlın birləşməsi ortaya çıxır. Qəlbin səsi ilə ağlın fikirlərini bir-birinə bağlasan, o zaman bütün sirlər əlinin içində olar və mükəmməl bir bədənə sahib olarsan.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 1 440
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri