ÜNVANSIZ

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 463
Səs ver:
(səs: 0)

Salam. Sözüm sənədir, ay hava. Bəlkə, bu gün başıma gəlməyin bir işə yarasın?! Deyirəm, elə mənim kimi havadan-sudan danışa-danışa havada qalmağa meylimiz artıb. Sözü də havaya atırıq. Götürən götürür. Sözümüzə əli çatmayanlarsa deyir ki, dedikləriniz iylənib, çoooox havadadır. Sıralarımızda azadlığını göydə görüb, havaya uçmaq istəyənləri də tapıldı. Havayıdır elə bil. Nəsə bu günlərdə də hamımızın ağlı bir qarış havadadır.

Salam. Sözüm sizədir, Bakı vitrinləri. Sizdəki manikenlərlə aramızdakı fərqi düşündüm. Tapmadım. İtirdiyimiz nəyi tapmışıq ki. Baxırıq bir-birimizin paltarına – sizdəkilərə baxdığımız kimi. Bir-birimizi paltarsız görəndə də daha təəccüblənmirik - sizdəkiləri paltarsız gördüyümüz kimi. Endirimlərin cib oxşayır, bizim “endirimlərimiz” isə göz. Siz qiymət endirəndə, biz hər fəsilə uyğun “ideologiya”, “-izm”lər endiririk virtual döyüşlərimizdə. Hər “ağamız”a uyğun bayrağımızı endiririk akrobatik hərəkətlərlə - hər şeyə “baş üstə” deyərək. Yox bir, qulaqdibi, qurşaqaltı, əlüstü. Enənləri nə badə qaldıraq haaaaa... İstəsək belə, alınmayacaq. Gözlərimizə enən pərdə çətin ki qalxa. Sənə min rəhmət, Ay Rəsulzadə. Görsəydin, qaldırdıqlarını necə endiriblər. Görə bilməzsən... Unutmuşdum, - unutmuşdum ki, daha şəklin yoxdur divarlarda – onu da endiriblər.
Ünvansız
Bəlkə, sənə yazım bu məktubu, ay zərf. Həəə, elə sənə! Bizi nələrlə doldurdularsa, səni də onlarla doldurduq. Görəsən, sən yazsaydın, kimə ünvanlanardı ünvansız məktubların? Anaların əllərini, yarımçıq arzuları, boş küçələri, necə, yazmaq istəyərdənmi 4 fəsildə? Yazmaq istəyərdinmi ALLAHa məktubunda anasının qırışlarını dəniz dalğalarına oxşadan 6 yaşlı oğlanı? Bəs, gülə həsrət şəhid məzarı üçün yer tapılardımı sətirlərində? Yaxşı, birdən itsəydin, nə edərdin? Ünvana çatmayanda, necə, ünvansızmı olardın mənim bu məktubım kimi? Ya da itirdiyim pərimin itmiş ilhamı kimi...

 

Redakte etdi: PRETTY GİRL

(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 463
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri