Krab mentaliteti

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 2 105
Səs ver:
(səs: 1)
Dəniz xərçənglərinin bir növü olan krablara nəzərən yaranmış metafora. Ovlanmış krablar səbətə yığılır. Onlar səbətin iç divarı ilə yuxarı dırmaşıb azad olmaq istəyirlər. Amma bu zaman digər krablar yuxarı dırmaşmaqda olan krabın ayaqlarından yapışıb aşağı dartırlar. Bir-birini aşağı dartmasalar, hamısı səbətdən asanca çıxa bilər, amma imkan vermirlər. Çoxsaylı cəhdlərə baxmayaraq heç biri səbətdən çıxa bilmir. Buna görə, səbətin ağzını bağlamağa ehtiyac olmur. Özləri özlərinə qənimdilər.
Tədqiqatçı Jon E. Royeca britan, amerikan, irland, yapon, çin, hind, sinqapur mədəniyyətlərini öyrənməklə, Krab mentalitetinə çoxsaylı analogiyalar aşkar edib.
Bəzi misallar (yerli təcrübəyə istinadən):

1. Başqalarının uğurlarına paxıllıq (məndə yoxdursa səndə də olmasın; məndə olan və ya məndə olan qədər, yaxud məndə olandan çox olmasın səndə);

2. “Ya mənim olmalıdı, ya da heç kimin” eqoizmi.

3. İddialı, təşəbbüskar, yenilikçi adamlara hiddət (Sənin başqalarından nəyin artıqdır ki; Kimsən ki sən; Hamı necə sən də elə; Palaza bürün elnən sürün; Tısbağa qınından çıxdı qınını bəyənmədi və s.);

4.Kənarlaşdırma (yenilik etmək istəyən adamlara təhlükə mənbəyi kimi baxılması, tənqid, təqib, boykot edilməsi, habelə qətlə yetirilməsi).
“Başından basmaq/vurmaq”, “ayağından çəkmək”, “pəl vurmaq”, “quyu qazmaq” və s. bu kimi ifadələr də Krab mentalitetinə analogiya təşkil edir.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 105
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri