Uğursuzluq - nələrisə yenidən, daha müdrik şəkildə başlamaq..

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 1 697
Səs ver:
(səs: 0)
1. Zənginlik yalnız bir dəfə hər bir insanın qapısını döyür, lakin insanlar tez-tez qonşu salonda oturur və heç bir tıqqıltı eşitmir. © Mark Tven

2. Ən böyük səhvimiz, çox tez təslim olmağımızdadır. Uğura gedən ən düzgün yol isə hər dəfə yenidən cəhd etməkdən keçir. © Tomas Edison

3. Şəxsən mən qaymaqlı çiyələyi sevirəm, balıq isə soxulcanı. Buna görə də balığa gedəndə nəyi sevdiyim haqda yox, balığın nə sevdiyi haqda düşünürəm. © Deyl Karnegi

4. Uğursuzluq - nələrisə yenidən, daha müdrik şəkildə başlamaq imkanıdır. © Henri Ford

5. Problem həll olunandırsa, ona görə narahatlıq keçirməyə dəyməz. Yox əgər problem həll olunmazdırsa, ona görə narahatlıq keçirmək mənasızdır. © Dalay Lama

6. Çox istedadlı olsanız da, var gücünüzü sərf etsəniz də bəzi nəticələr əldə etmək üçün vaxt lazımdır. © Uarren Buffett

7. Səhər oyananda nə edəcəyin haqda düşün. Axşam yatanda isə nə etdiyin haqda. © Pifaqor

8. Kasıb, yazıq, bədbəxt, uğursuz insanlar tez-tez “sabah” kəlməsini işlədir. © Robert Kiyosaki

9. Yaşlılar cavanlara həmişə qənaətcil olmağı tövsiyə edirlər. Bu, yaxşı məsləhət deyil. Pullarınızı özünüzə xərcləyin. © Henri Ford

10. Mən bunu istəyirəm. Deməli, bu olacaq. © Henri Ford

11. Mən məğlubiyyətə uğradım. Sadəcə işləməyən 10.000 yol tapdım. © Tomas Edison

12. Ağır iş - vaxtında etmədiyiniz yüngül işlərin cəmidir. © Con Maksvell

13. Əvvəllər deyirdim: “Hər şeyin bir gün dəyişəcəyinə ümid edirəm.” Sonra isə hər şeyi dəyişmənin bir yolu olduğunu anladım və özüm dəyişməli oldum. © Cim Ron

14. Bütün həyatım boyunca öyrəndiyim və həmişə əməl etdiyim dərs – hər zaman cəhd etmək, heç vaxt təslim olmamaqdır. © Riçard Brenson
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 697
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri