Sevildiyinizi hiss etdiyiniz 18 an

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 2 217
Səs ver:
(səs: 1)
Bəzən kiçik bir baxış belə yetər, amma bəzi hərəkətlər var ki, insana həqiqətən əhəmiyyətli olduğunu hiss etdirər. Bunlardan 18-i ilə tanış olaq.

1. Gecə üstü açıq yatdığınızda, üstünüzü örtən biriləri olduğunda.

2. Qarınınız ac ikən heç bir qarşılıq gözlənilmədən sizə yemək hazırlandığında.

3. Sırf səsinizi eşitmək üçün sizə zəng vuran biriləri olduğunda.

4. Zarafatlaşmaq istədiyinizdə sizə ayaq uyduracaq birilərinin varlığını hiss etdikdə.

5. Altından qalxmaqda çətinlik çəkdiyiniz bir işə kömək edən biri olduğunda.

6. Ne olursa olsun, sizə qol-qanad gələn biriləri olduğu zaman.

7. Səhv etmədən əvvəl sizə xəbərdarlıq edən səhv etməməniz üçün əlindən gələni edən bəziləri olduğunda.

8. Və o səhvi israrla etdikdə "Mən demişdim!" demək yerinə sizinlə, sizin qədər kədərlənən bəziləri olduğu zaman.

9. Sizinlə əlaqədar heç gözləmədiyiniz bir detalı ağılında tutan bəziləri olduğunda.

10. Sevmədiyi tərzdə bir filmi sırf siz bəyəndiyiniz üçün əvvəldən axıra qədər izləyən biriləri olduqda.

11. Sizin təklif etdiyiniz kitabları bir gündə oxuyub bitirən bəziləri olduğunda.

12. Qorxulu yuxu gördüyünüzdə, siz təkrar yatana qədər başınızda yatmadan gözləyən biri olduğunda.

13. Ad gününü Facebooktan təbrik etmək yerinə, həqiqətən xatırlayıb sizə zəng vuran insanlar olduğunda.

14. Sahib olduğu hər şeyi sizinlə paylaşmağa hazır olan bəziləri olduğunda.

15. Siz özünüzə inanmasanız belə, hər mövzuda sizə inanan yoldaşlarınız tərəfindən dəstəkləndiyinizdə.

16. Uzaq bir yerə gedəcəyiniz zaman, avtobus qalxana qədər orda sizi gözləyən yaxınlarınız, gözləri yaşlı şəkildə sizə əl salladıqlarında.

17. Xəstələndiyiniz zaman biri nazınızı çəkib, siz yaxşılaşana qədər yanınızda qaldığında.

18. Üşüdüyünüzdə "Sən də belə çölə çıxmasaydın" demədən sizə pencəyini verən bəziləri olduğunda.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 2 217
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri