Onlar nə vaxt biləcək?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 1
Baxılıb: 1 891
Səs ver:
(səs: 1)
Bədii əsər oxumayanlara yazığım gəlir.Onlar təkcə bu dünya ilə kifayətlənməli olurlar.Onlar bilmirlər ki, "Böyük Qardaş" yalnız yaşca böyük qardaşlara deyilmir.Onlar bilmirlər ki, ümidsizliyin adı var,o da Qodotdur. Qürurun adı Elizabet,ədalətin adı Attikus olan kimi..Onlar bilmirlər ki,ümidin də çəkisi var-35 kiloqram. Onlar bilmirlər ki,ovuclardakı döymələrlə də danışmaq olar. Onlar bilmirlər ki, Əhmədlidə yaşaya-yaşaya Parisin küçələrində yağışın altında çətirsiz gəzmək olur. Onlar bilmirlər ki,dənizin kənarıyla qaçan alabaşa sümük atsan,quyruğunu bulamayacaq,çünki o fərqli itdi,fərqi it olmamağındadır. Onlar bilmirlər ki,balıqqulağı söz haqqıdır. Onlar bilmirlər ki, nəfəs yelləncəyi karusel deyil. Onlar bilmirlər ki,dünya oyandıqları hər gün böcəyə çevrilən Zamzalarla doludur. Onlar bilmirlər ki,əsrimizin qəhrəmanı Peçorin ilə əsrimizin Səyavuşu müxtəlif əsrlərdə yaşayıb. Onlar bilmirlər ki,Rio-Pyedrasahilində oturub ağlayanlar, 11 dəqiqə sonra ölmək qərarına gəlir. Onlar bilmirlər ki, "Arzu" adlı tramvayın nömrəsi 922-dir və o sizi heç arzulamadığınız bir yerə aparır.

Onların öz Anna Kareninaları,öz knyaz Mışkinləri,öz Jal Valjanları yoxdur. Onlar Co Raytın Annası,Bortkonun İdiotu,Tom Huperin Valjanı ilə razılaşmalı olurlar. Onlar sözlərin gücünü başa düşmürlər,onların yaratdığı möcüzəyə baxmaq istəmirlər. Sözlərin çəkdiyi rəsmləri görmür,sözlərin bəstələdiyi nəğmələri eşitmir,sözlərin oyatdığı hisslərin ağzını kilitləmək istəyirlər...
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 1 891
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri