Qorxur insan

Müəllif: Son Bahar
Şərhlər: 6
Baxılıb: 3 072
Səs ver:
(səs: 2)
Bu qədər qorxmasa qatlanmaz insan. Ölümdən danışıram, ölümdən.Deyrəm ki, yaşamdan sonrakı qeyri-müəyyənlikdən bu qədər qorxmasa, yaşamaz insan. Öldürər özünü.
Qorxur insan.
Yoxsa niyə dözsün ki, bu palçıqlı yollara, bir tikə çörəyə görə çəkilən əziyyətə, tək qalmağa, əzilməyə... Qorxmasa ciddi-ciddi niyə dözsün insan?
Əyilməz insan. Yaxşılıq da eləməz pislik də. Əgər qorxmasa, heç sevməz də insan. Nə dua edər, nə də inancsızlıq. Fərqində olmadan yaşayar insan.
Ölümdən qorxmasa qışda lüt gəzər yalın ayaq, bir ağacın təpəsinə cəsarətlə çıxar, odu əlində saxlayar insan.
Sinirlər. Bu ölüm təllahları. Ürək isə ölüm məddahı. Qorxur ağıl.
Ölümdən qorxmasa yaşamaz insan. Çəkməz bu qədər zülümü. Üsyan edər çıxar aradan vəssalam. Qorxudan içindəki üsyanı yatırır insan. Deyir ki, içində üsyan edən səsə. - “Əgər sən bu əzaba dözməyib ölsən, daha böyük əzab var öləndən sonra biləsən”. İçindəki qorxunu daha böyük qorxuyla yatırır insan.
Ona görə də diridir insan. Ölümdən qaçır bir qorxaq kimi, xəstəxanda, təbiətin qoynunda, işdə, küçədə dilənir insan.
Nəfəs almasa ölər insan, yeməsə, içməsə ölər amma ölmür insan.
Ölənlərə ağlayır insan.

Səfər Hüseynli
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 3 072
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri