Bizmi etdik ya sürətlə inkişaf edən texnologiya?

Müəllif: Son Bahar
Şərhlər: 1
Baxılıb: 1 291
Səs ver:
(səs: 1)
Bizmi etdik ya sürətlə inkişaf edən texnologiya?

Uşaqlıqda gizlincə sevgi məktublarını oxuyaraq bizimçündə belə məktub yazılacağını xəyal etdik, böyüdük, sevdik və sevildik. Ancaq o dövrdə yox indiki dövrdə–mobil telefonların və internetin hər şeyi zəbt etdiyi dövrdə.

Qraham Bellin telefonu sevgilisini ilə danışmaq üçün kəşf etdi, ancaq qadını necə bezdirdisə, qadın ondan ayrıldı. Sonra vəziyyət daha da pisləşdi əl telefonları gəldi. Sevgilimizin harada olduğunu bir zənglə öyrənə bilməyə başladıq. Buna sevinmək əvəzinə “telefonun niyə məşğul idi, kimlə danışırdın?” “bu mesaj kimdən gəldi, niyə gəldi ” və s. suallar gəldi ağlımıza. Darıxanda durub yanına getmək əvəzinə bir dəqiqəlik zəng bəs etdi bizə.

Sonra sosial şəbəkələr gəldi. Səhərdən axşama qədər üzünü görmədiyimiz adamlarla danışmağa başladıq, danışdıq danışdıq hiss etdiklərimiz nə olduğunu belə anlamadan, sevmədən, sevilmədən danışdıq. Başladıq uşaqlıq dostlarımızı, sinif yoldaşlarımızı axtarmağa. Tapdıq heç biri ilə görüşmədən,üzünü görmədən, səsini eşitmədən. Biri getdi onu başqası ilə əvəz etdik. ad günündə, xoş günündə sevincimizi belə burda paylaşdıq, hədiyyələrimiz şəkillər, musiqilərimiz linklər oldu. İçimizi yeyən yeni suallar meydana gəldi “təzə dost olduğun kimdir?”, “Bu kimdir sənin şəkillərini bəyənir?”davaları heç əksik olmadı başımızdan.

Şübhə, inamsızlıq və qərarsızlıq… Şübhələrimiz artdıqca artdı. Həyatdakı yalançı, vəfasız insanlar bir yana birdə virtual yalançı, vəfasız insanlara üzüldük..

Görüşə hazırlaşan zaman bəzənib-düzənməyə, həyacanlanmağa ehtiyac qalmadı. Ev paltarlarımızla belə, həyacansız duyğusuz görüşə “getdik”, kameralarda qüsurlarımızı gizlətdik. Kamerada gülümsədik, xoşladıq, real həyatda necə fərqli biri olduğunu anladıq.

Biliklərimizi artırmaq üçün kitablara yox, qarşımızdakını cəlb etmək üçün “Google”a baş vurduq.

Həyatımız qarışdı həqiqi və virtual oldu. Həqiqi həyatda əldə edə bilmədiklərimizi virtualda axtarmağa başladıq. Axtardıq tapdıq, ancaq hissiz, duyğusuz… Realda insanlardan uzaqlaşdıqca virtualda daha çoxunu axtarmağa başladıq. Məqsədimiz “çaş-baş” qaldı, hisslərimizsə həyacanla görüşə getdiyimiz vaxtlar üçün darıxdı…

Sevgi əzabı çəkmək isə müşkül və zarafat oldu.
Şübhə, inamsızlıq və rahat ayrılıqlar…

Bütün bunları biz etdikmi ya milyonlarla faydasını gördüyümüz texnologiyadan yanlış istifadə etməyimiz???
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 1 291
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri