Məşhurlardan müdrik sözlər

Müəllif: YalniZ-ArZu
Şərhlər: 6
Baxılıb: 3 724
Səs ver:
(səs: 0)
1.Dünyada deyilmiş və yaradılmış cümlələrin içində ən
kədərli cümlə «Bu belə olmamalı idi» cümləsidir.[John Greenlif]

2.Çox zaman bir başqa eşqdə özünə inanmır insan,
Ondan əvvəlki eşqdə başqasına inandığı üçün...[Serkan Özel]

3.Qiyamətin necə olacağı sizin üçün çox maraqlıdır?
Tərk edilən bir qadının səssizliyini dinləyin...[Tom Robbins]

4. Və insanların əlinə telefon deyil,
Kitabların daha çox yaraşdığını söyləyin onlara…[Osman Nuri Ünsal]

5.Əgər dostunuz sizi satırsa, ondan ayrılın ya da qəbul edin ki,
O sizə yenə xəyanət edəcək — insanlar dəyişmirlər...[Artur Şopenhaur]

6.Bir mübahisə zamanı hirsləndiyimiz anda, həqiqət uğrunda mübarizəni bir qırağa buraxıb,özümüz üçün mübarizəyə başlayarıq...[Goethe]

7. Anadangəlmə müalicəsi olmayan bir xəstəliyim var,
Hər gördüyümü insan zənn edirəm...[Yılmaz Erdoğan]

8. Bəzən insanlardan uzaq durmalısan,
Səni önəmsəyirlərsə yoxluğunu hiss edəcəklər,
Etməsələr, onlara "əlvida" deyəcəksən...[M. Anderson]

9. Əllərinə hələ cinayət işləmək fürsəti keçmədiyi üçün bir çox adam özünü məsum zənn edir...[Orhan Pamuk]

10. Bu qədər gözəl qız o axmağa aşiq ola bilməz. Bütün gözəlləri axmaqlar əldə edir...[Dead Poets Society]

11. Özünü bir "heç" kimi gördüyün müddətcə, heç kim səni sevməz.
Çünki heç kim bir "heçə" həqiqətən dəyər verməz...[ B.İnan]

12.Biri səni sevdiyində, adını söyləyişi belə bir başqadır. Adının onun ağzında güvəndə olduğunu hiss edərsən…[Jess C. Scott]

13.Qorxusuz olmaq məqsəd deyil. O mümkünsüzdü onsuz da. Məqsəd qorxunu idarə etməyi və ondan uzaqlaşmağı öyrənməkdi…[Veronica Roth]

14.Dostluq daima şirin bir məsuliyyətdir ; əsla fürsət deyildir...[Halil Cibran]

15.Tanrı bütün qapıları üzünə bağladıqda, pəncərələri mütləq açıq qoyacaq…[Paulo Coelho]

16. Öz tayınızı hələ də tapa bilməmisinizsə kədərlənməyin.Bu sizin "tayı-bərabəri olmayan" biri olduğunuzu göstərir…[G.G.Marquez]

17.Qəribədir qadınlar ; Həm balaca bir itə, həm də yaraşıqlı bir kişiyə verdikləri reaksiya eynidir ayy çox şirindi...[Yılmaz Erdoğan]

18. Gözləyirəm ;Elə bir zamanda gəl ki , imtina etməyim mümkün olmasın...[Orhan Veli Kanık]

19. Buludlar gələr və gedərlər, Amma göy üzü həmişə tərtəmiz qalar...[Oşo]

20. Mən gözləyirəm; Dönməyini yox, peşman olmağını...[Bob Marley]
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 3 724
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri