Baxışlarla cəlb etmə sənəti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 8 002
Səs ver:
(səs: 1)

İnsanlarla ünsiyyət qurarkən bədən dilinin nə qədər əhəmiyyətli olduğunu hamımız bilirik. Amma fikir vermədiyimiz şey, gözlərinizin bütün digər faktorlardan çox daha çox mesaj verdiyini unutmamalıyıq. Həkim David Givens "G

göz təması, biriylə ünsiyyət qurmanın ən əhəmiyyətli yollarından biridir" deyir və əlavə edir :"Ünsiyyət qurmaq üçün gözlərimizi istifadə etməmiz, təkamüllü bir instinktdir." Göz təması, pərəstişkarlıq ediləcək qarşı cinsi seçmək üçün istifadə edilər. Heyvanların üz əzələləri insanlarınkı qədər inkişaf etmədiyindən, hislərini əks etdirmək üçün gözlərinə güvənərlər. Biz insanlarsa hələ qabiliyyətimizi kəşf edə bilmədik. Yəni siz əslində fərqində olmasanızsa da, doğru baxış üstündə çalışdığınızda ətrafınızdakılara çox fərqli mesajlar göndərə bilərsiniz.

Ondan xoşlandığınızın nümayişi
Baxış: Birbaşa olaraq gözlərinin içinə baxın.
Başınız yana doğru yüngülcə əyikkən bir neçə saniyə boyunca gülümsəyin və sonra başqa yönə təcrübə edin.
Niyə işə yarayır? Bu, əslində təbiətimizdən gələn bir eşqbazlıqlaşma şəklidir. Antropoloq Helen Fischer "Cütləşmə baxışı dediyimiz bu xüsusi baxışma ümumiyyətlə meymunlarda görülür" deyir və belə davam edir: "Dişi bir meymun bu baxışı təkrarlayar və bununlada kişi meymunu özünə yaxınlaşmaq mövzusunda təşviq edər. Kişilər, bu hərəkətə reaksiya verər çünki minlərlə il əvvəl həyatı davam etdirə bilmək üçün cinsi çəkiliş siqnalları göndərmək lazımlı idi" deyir. Ona bir dəfə baxıb sonra baxışlarınızı qaçırmanız, qarşınızdakı kişidə sizi izləmə istəyi oyandırar. Bu, sizin çətin əldə edilən bir qadın olduğunuzun vurğulayar.

Əsəb pozucu birini susdurun
Baxış: Alınına baxın və sonra başınızı uzaqlara çevirərək sizinlə göz təması qurmasını maneə törədin.
Niyə işə yarayır? Fisher "Alınında bir nöqtəyə mərkəzlənməniz məsafəli olduğunuzu göstərdiyi kimi, ondan üstün olduğunuzu hiss etdirər. Çünki birbaşa olaraq gözlərinin içinə baxmaq yerinə, gözlərinin üst hissəsinə
baxmaqdasınız. Başı çevirmək isə, şempanze və qorillalar arasındakı bir göz dağı vermə şəklidir. Givens, bunun biologiyada limitlƏMƏ mənasına gəldiyini ifadə edir və belə davam edir: "Şempanzelər bunu, suverenliklərini elan etmək və qrupdakı digər canlılar üzərində üstünlük qurmaq üçün istifadə edər." Siz də uzaqlara baxaraq qarşınızdakına "Səni əhəmiyyətsiz hesab edirəm" mesajını verərsiniz.

Müdirinizin gözünə girin
Baxış: Müdiriniz qadındırsa, gözlərinizi heç qaçırmadan ona baxın. Amma əgər bir kişidirsə, 30 saniyə içində gözlərinə baxdıqdan sonra ara verib bir neçə saniyə yerə baxın.
Niyə işə yarayır? Qadın və kişi müdirlər üçün baxışlarınızı kateqoriyalara ayıraraq, qadınlar və kişilər arasındakı təkamüllü fərqlər haqqında fikir sahibi olarsınız. Təbii ki, anormal kimi müdirinizə gözlərinizi tikmənizi tövsiyə etmirik! Danışma əsnasında zaman zaman göz təmasını kəsmənizdə bir qorxu yoxdur. Bu kiçik aralarda bir sənəd göstərə bilər və ya bir mövzuda fikir bəyan edə bilərsiniz. Yalnız o danışarkən başınızı əyməyin və ya başqa yerlərə baxmayın. Çünki bu şəkildə içdən içə sizin bitərəf olduğunuzu düşünəcək. Qarşı cinsdən olan müdirinizlə birbaşa göz təması qurmanızsa, onun tərəfindən nüfuzuna hücum olaraq təyin oluna bilər. Fisher "İlkdövrlərdə, kişilər düşmənlərini əsəbləşdirmək üçün göz təması qurardılar. Bu səbəblə bu gün bu qabiliyyətə sahib olmalarını normal qarşılamalısınız" deyir.

Bir müzakirəni qazanın
Baxış: Öz fikirinizi müdafiə edərkən qaşlarınızı qaldıraraq göz təması qurun.
Niyə işə yarayır? Givens "Bir meymun, suverenliyini elan etmək istədiyində, gözünü tikib baxışlarını yuxarı aşağı endirər və qaldırar. Qaşları qaldırmaq, göz təmasına diqqət çəkdiyindən baxışı hər zamankindən daha çox razı salıcı bir hala gətirər" deyir. Siyasətçilərin bunu davamlı etdiyini görə bilərsiniz.

Əvvəlcə bağışlanın
Baxış: Eynilə dua edər kimi başınız qarşıya baxarkən gözlərinizi aşağı endirin.
Niyə işə yarayır? Baxışlarınızı aşağı endirib başınızı itaetkar bir mövqedə tutmanız, qarşınızdakı insana səhvli olduğunuzu bildiyiniz mesajını verər. Həm də bu hərəkət, qarşı tərəfin mövzunu bir üst səviyyəyə daşımasını da maneə olar. Givens "Heyvanlar, beləsinə bir hörmət nümayişi gördüklərində qarşılarındakına hücum etməz" deyir. Sevdiyinizlə və ya ən yaxın rəfiqənizlə dalaşdığınızda bu üsulu tətbiq edərək müzakirənin gərəksiz yerə uzanmasına maneə törədə bilərsiniz.

/Mənbə:Qadınlar.biz/

 

(səs: 1)
Şərhlər: 1
Baxılıb: 8 002
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri