Maraqlı hekayə

Müəllif: Efsuw2016
Şərhlər: 6
Baxılıb: 2 482
Səs ver:
(səs: 1)
Bir gün axşam yoldaşlarımla birlikdə bizdə qalmışdıq . Axşam davamlı zarafatlar, qışqırışlar falan edərdik. Bir yoldaşım vardı ateist, davamlı Allaha küfür edib dayanırdı, ələ salırdı. Arada biz də ona qoşulur, irəli-geri danışmağa başlayırdıq. Bunun günah olduğunu bilirdim, amma düşdüyüm mühit məni rahat buraxmırdı. O isə bizi də özü kimi etməyə səy göstərirdi. Nəysə saat gecə 1 oldu yatmaq üçün hazırlandıq . Mən, Veysəl və ateist olan yoldaşım eyni otaqda qaldıq. 1 saat keçdi hər kəs yatmışdı . Mən səhər azanıyla oyandım başımı qaldırdım və gördüyüm şeyə inana bilmədim . Ateist olan yoldaşımın başında 2 dənə qara paltarlı, qırmızı gözlü şeylər anlaşılmaz ifadələrlə bir kitab oxuyurdular. Kitab da qara rəngdə idi. Mən yorğanın altına girdim. Tam 4-5 saat elə qaldım. Qorxudan əsirdim. Əvvəlcə, “bəlkə yuxu olub” deyə özümə təsəlli verməyə çalışırdım, amma olmurdu, əmin idim görmüşdüm onları. Nəysə səhər 9:45 kimi qalxdım və Veysəli oyandırdım. Ateist yoldaşım da qalxdı. Onlara izah etdim bu hadisəni və buna kimsə inanmadı. Zarafat edib onları qorxutmaq istədiyimi fikirləşdilər. Yuxu görmüsən dedilər. Mən artıq gecələri yata bilmirdim. Hadisənin təsirinə düşmüşdüm. Getdim hadisəni anama izah etdim . Anam məni Konyada bir molla yanına apardı . Məscidin qapısından girər girməz Molla qışqırdı "alın aparın bu uşağı buradan, mənlik bir işi yoxdu" deyə. Çaşıb qaldıq, nə oldu bu mollaya birdən-birə. O günün axşamı yatdım . Yenə saat 3-4 arası oyandım . Yenə qəribə varlıqlar görməyə və səslər eşitməyə başladım. Anamıgilin yanında yatmışdım, oyatmağa çalışdım. Oyanmırdı . Qorxudan yumruq atmağa başladım, amma qalxmadı, eyni şəkildə atam da elə. Sonra birdən başımda bir zərbə kimi bir şey hiss etdim və huşunu itirmişim. Səhər özümü mətbəxdə yatarkən tapdım. Anamın yanına getdim, axşam olanları dedim, o isə " məni heç oyatmamısan, yəqin yenə yuxu görmüsən" dedi. Heç üstündən 10 dəqiqə keçməmişdi ki, gələn xəbərlə şoka girdim . Ateist olan yoldaşım evində vəhşicə, üzü-gözü cızıq-cızıq ölü halda tapılmış. Mən çox kədərlənmişdim və eyni şəkildə də qorxurdum. Üstündən bir neçə gün sonra Veysəldən gələn zəng məni daha da dəhşətə gətirdi, o da mənim kimi yuxular, o varlıqları gördüyünü dedi. Dediyinə görə bu gün onun son günü idi. Əvvəlcə qorxdum, amma sonra bəlkə yuxu görmüsən dedim. Amma kimi aldadırdım, məndə də eyni vəziyyət idi. Eyni yuxular, eyni varlıqlar. Telefonda Veysəlin səsi çox pis gəlirdi, mənimlə sağollaşdı, və bu gecə öləcəyini dedi, sağol deməyə vaxt tapmadım, artıq dəstəyi asmışdı, o gecəni xatırladım, bəlkə də ələ salmağımıza görə idi... Gecə oldu, amma yatmaq istəmirdim, bilirdim gecə olsa yənə gələcəkdilər, eyni varlıqlar, həmən o qırmızı gözlər, çəkdiyim o acılar. Amma dözə bilmədim, yuxu məni aparmışdı, yuxuda bu dəfə də həmən varlıqları gördüm, Veysəlin başı üzərində qara kitabı oxuyurdular, mənə tərəf baxaraq "sıra səndə" dedilər, baxışları o qədər qorxulu idi ki, yatağımdan dik atıldım, gözümü açdığımda isə səhər olmuşdu. O dəqiqə telefonu götürüb Veysələ zəng vurdum, telefonu sönülü idi. Yeməyimi yedim, üstündən biraz vaxt keçmişdi, yenidən zəng etdim, bir qadın götürdü, deyəsən anası idi, ağlayırdı, "Veysəl harda?" , titrək səslə cavab gəldi: "Artıq həyatda yoxdu". Eyni vəziyyətdə o da ölmüşdü. Telefon əlimdən düşdü, deyəsən növbədə mən idim. Anamgilə vəziyyəti anlada bilməzdim. Biraz bayıra çıxıb gəzdim, bəlkə fikrim dağılar deyə, amma xeyri olmadı. Gecənin gəlməsini istəmirdim, bəlkə də mən də öləcəkdim bu gecə. Axşama yaxın idi evə gəldim, nə olcağını bilmirəm. Bəlkə də ölümümə saatlar qalmışdı, bəlkə də bu yazıları oxuyanda mən həyatda olmayacam. Onların gözlərini görmək insana bu qədər ağrı verirsə, ölümümün necə olacağını belə təsəvvür etmək istəmirdim. Amma bir şeyi bilirdim ki, həmən gecə etdiklərimə çox peşman idim. Saat gecə yarısıdır. Ölümümdən isə məni saatlar ayırır...
( Qeyd dəftərindəki yazı bu yerdə bitir.)
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 2 482
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri