Həyatda müvəffəq olmaq üçün lazım olam amillər

Müəllif: Barbaris
Şərhlər: 1
Baxılıb: 2 247
Səs ver:
(səs: 1)
İnsanın həyatda müvəffəq olması bir neçə amildən asılıdır. Bu amilləri tanıyaq:

1. Hədəfi təyin etmək. Hədəf gərək dəqiq, aydın olsun. Hədəf - bizim intizarında olduğumuz ən yaxşı nəticədir. Hədəfi tanımaq və onu təyin etmək - müvəffəqiyyətə çatmağın ilk addımıdır.

2. Ali hədəflərə ümidvar olmaq. İnsanların əksər hissəsi ali mənəvi məqamlara və elmdə, maarifdə tərəqqi etməyə can atırlar. Bu yolla başqa dahi insanlar kimi özünün və başqalarının taleyinə təsir göstərə bilsinlər.

Qadinla.com bildirir ki, insanları mənəviyyata dəvət edib, onlara yol göstərsinlər. Ancaq bu dahi insanların müvəffəqiyyətə çatmaq sirrini bilmədiklərinə görə, bu böyük arzulara çatmaqdan ümidsiz olarlar. Onu xam xəyal hesab edərlər.

3. Proqram qurmaq. Yəni, hədəfə çatmaq üçün bəzi fəaliyyətləri təyin etmək. Bir qonaqlıq verən zaman süfrəyə nələri qoyacağımızı planlaşdırdığımız kimi, həyatımızda da hədəfimizə çatmaq üçün proqram və planlarımız olmalıdır.

4. İşlərin nəzmli olması. Nəzmli olmaq nəinki dahi insanların müvəffəqiyyət sirridir, bəlkə varlıq aləminin uca sarayı nəzm və intizamın üstündə qurulmuşdur. İnsan əgər proqramlaşdırdığı işlərini nəzmlə yerinə yetirsə, o zaman müvəffəq olar.

5. Çətinliklərə dözmək. Hədəfə çatmaq yolunda insanın önünə çox sayda çətinliklər çıxar ki, insan gərək bu çətinliklərə səbir etsin və dözsün. Ancaq o zaman müvvəffəq ola bilər. İmam Həsən (ə) xütbələrinin birində buyurur: "Ey insanlar! O şeyi ki, sevirsiniz ona çata bilməzsiniz, məgər o halda ki, kərahətiniz olan şeyə səbir edəsiniz".
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 2 247
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri