Ev işləri görmək ömrü uzadır

Müəllif: Barbaris
Şərhlər: 2
Baxılıb: 2 257
Səs ver:
(səs: 0)
ABŞ-ın Buffalo Universitetinin araşdırmaçıları ev işlərinin ömrü uzada biləcəyi iddiasını irəli sürülüb. Onların apardığı yeni araşdırmanın nəticəsinə görə, paltar və qab yumaq kimi gündəlik ev işlərinin sağlamlığı inkişaf etdirir və ölüm riskini önəmli ölçüdə azalda bilir. Araşdırma haqda məqalə “Journal of the American Geriatrics Society” jurnalında dərc olunub.

Qadınla.com-un xarici mediaya istinadən məlumatına görə, araşdırmaya 65-99 yaş arası 6 min qadın qatılıb. Araşdırmaçılar bir həftə boyu iştirakçıların fiziki aktivliyini, 3 il boyunca isə sağlamlığını xüsusi cihazla izləyib.

Araşdırma gündə ən az 30 dəqiqə fiziki aktivlikdə olanların ölüm riskinin hərəkətsiz yaşam tərzinə sahib olanlardan yüzdə 12 faiz az olduğunu ortaya çıxarıb. Bundan başqa, gündə bir saat fiziki aktivliyə vaxt ayırmağın ortalama yaşam müddətini 39 faiz artırdığı bildirilir.

Araşdırmanı aparan Michael LaMonte bildirib ki, araşdırmanın nəticəsinə əsasən, hətta yaşlı qadınların az aktivlik səviyyəsinin belə, sağlamlığa faydası var.

Elm adamları təmizliklə məşğul olmaq, qab yumaq və təmiz havada gəzmək kimi işləri fiziki aktivlik kimi dəyərləndirib və onların ömrü uzatdığına böyük təsiri olduğunu bildirib.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 257
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri