Çiçək tozu

Şərhlər: 2
Baxılıb: 5 023
Səs ver:
(səs: 0)
Çiçək tozu – həşaratlarla tozlanan bitkilərin erkək elementinin arı fermentləri ilə zənginləşdirilmiş çiçək tozcuqlarıdır. Çiçək tozu vitaminlərin və natural harmonların təbii xəzinəsidir. Bu bitkilərin həyata başlanğıc verən cinsiyyət hüceyrələridir. Çiçək tozunun fermentləri hüceyrələrdə gedən mübadilə proseslərini təmin edir, onun bioloji aktivliyini artırır, yəni hüceyrənin bölünmə və bərpa qabiliyyətini artırır.

Çiçək tozunun tərkibi:

Çiçək tozunun tərkibində insanın qida ilə almalı olduğu bütün amin turşuları var. Bu amin turşularını orqanizm özü istehsal edə bilmir.

Çiçək tozunda 27 mikroelement tapılıb. Bunların arasında ürək əzələlərini qorumaq üçün orqanizmə lazım olan kalium, qan yaratmaq üçün zəruri olan dəmir, mis və cinsi fəaliyyət üçün zəruri olan kobalt var.

Çiçək tozunun tərkibində həmçinin həyat üçün vacib olan fosfor, sink, yod, maqnezium və s. var.

Çiçək tozu karotinoidlər, Provitamin A, B qrupu vitaminləri, C, E, D, P vitaminləri, fitoharmonlar, (o cümlədən böyümə faktoru-geteroayksin) və antibakterial maddələrlə zəngindir. Rekord miqdarda olan rutin ürək xəstəliklərinin profilaktikasını həyata keçirir: o kapilyarların divarlarını möhkəmləndirir,bununla da ürəyin fəaliyyətini yaxşılaşdırır. Çiçək tozunda maddələr mübadiləsi prosesində mühüm rol oynayan bir sıra fermentlər tapılıb. Çiçək tozunun antibakterisid maddələri orqanizmin virus və bakteriyalara qarşı müqavimətini aktivləşdirir.

Farmakoloji təsiri:

antisklerotik və həyat tonusu qaldırılmaqmaddələr mübadiləsinin tənzimləməsiantimikrob, antivirus və göbələk əleyhinəümumi möhkəmləndirici və antioksidant (hüceyrədaxili yağların oksidləşməsinin qarşısını alır, bu da şiş xəstəliklərinin profilaktikasında və uzunömürlülük üçün vacibdir)

Çiçək tozu:

stressə qarşı davamlılığı artırır və immun sistemini stimullaşdırır;radiasiyaya davamlılığı artırır;qara ciyər toxumalarının funksiyasni bərpa edir;qanın laxtalanmasını və qanda xolesterinin miqdarını azaldır;qan-damar sisteminin işini yaxşılaşdırır , həzm prosesini normallaşdırır, sidik və öd ayrılmasınl stimullaşdırır;bağırsaqda mikroorqanizmlərin inkişafını ləngidir və funksiyalarını tənzimləyir,orqaniznin müxtəlif xarici faktorlara müqavimətini artırır;fiziki və əqli iş qabiliyyətini artırır;prostat vəzinin gipertrofiyasının fəsadlarını azaldır;dərinin vəziyyətini yaxşılaşdırır və cavanlaşdırır;kişi cinsi qabiliyyətini artır.

Çiçək tozu məsləhət görülür:

veqetativ nevrozlarda, baş ağrılarında,yaddaşın azalmasında;maddələr mübadiləsinin pozulması və boy artımının ləngiməsində;onikibarmaq bağırsağın qastrit və xorasında;nazik və yoğun bağırsaqların kolit, enterit və digər xəstəliklərində;böyrəyin xroniki xəstəliklərində, prostatitlərdə;prostat vəzinin adenomasında,cinsi zəiflik və impotentlikdə;zədələnmiş toxumaların bərpasında;qocalma proseslərinin profilaktikasında;ürək və qan-damar sistemi xəstəlikləri: anemiya, ürək ritminin pozulması, stenokardiya və ateroskleroz, ürəyin işemik xəstəliyi;hamiləlikdə;immunitetin zəifləməsində və qara ciyərin bərpasında;uşaqların böyüməsini yaxşılaşdırmaq üçün;iştahın artırılması üçün;arıqlama zamanı orqanizmin vəziyyətini yaxşılaşdır;Çiçək tozu həmçinin uzun müddtəli xəstəliklər və çərrahiyyə əməliyyatları nəticəsində zəifləmiş orqanizmin bərpası üçün məsləhət görülür.

Əks göstərişləri: allergiya və fərdi dözülməzlik. Axşam və yatmazdan əvvəl qəbul etmək məsləhət deyil. Gümrahlaşdırır və yuxusuzluğa səbəb olur. Şəkər xəstəliyinin ağır formalarında həkim nəzarətı altinda qəbulu vacibdir.

Buraxilış forması: şüsə gabda 100 qram çəkidə.

İstifadə qaydası və dozası: Çiçək tozu profilaktika və bədənin ümumi möhkəmləndirilməsi üçün gündə 8-10 qram məsləhət görülür. Daha böyük dozalar və müalicə üçün həkimlə məsləhətləşməli. Normadan artıq qəbul edilməsi vitamin artıqlığı yaradır. Çiçək tozunu həzm olub sorulana qədər ağızda saxlamaq məsləhətdir. Çıçək tozunun yedikdən sonra su içmək məsləhət deyil, ümumiyyətlə 15-20 dəqiqə ərzində istənilən maye qəbulundan imtina etmək lazımdır.

Xəstəlikdən asılı olaraq müalicə kursu 1 aydan 40 günə qədərdir. Kursu ildə bir neçə dəfə bir neçə dəfə təkrar etmək lazımdır, ələlxüsüs hər fəsilin əvvəlində. Xroniki prostatitdə çıçək tozunu aylıq fasilələrlə (bir ay qəbul, bir ay fasilə) qəbul etmək məsləhətdir.
Yadda saxlamaq lazımdır ki, bütün arıçılıq məhsulları ağız suyu ilə daha fəal həzm olunur. Onları adi nabat kimi ağızda tam həll olana qədər ağızda saxlamaq lazımdır, həm də mümkün qədər çox saxlamaq lazımdır ki, həzm ağızın selikli qişasında getsin, Onu udmaq, ələlxüsus də üstündən su içmək müalicəvi məhsulu boş yerə sərf etmək deməkdir.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 5 023
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri