Ünsiyyətin 40 qaydası

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 2 434
Səs ver:
(səs: 0)
Hər gün müxtəlif insanlarla ünsiyyət qururuq. Sosioloqların tədqiqatları nəticəsində insanlarla uğurlu ünsiyyət qurmağın bir çox qaydaları müəyyənləşdirilib. Həmin qaydalar aşağıdakılardır:

1. Qarşınızdakını dinləməyi bacarın.

2. Səbrli olun.

3. Yumuşaq davranın.

4. Sizi dinləyənlərin başa düşə biləcəyi sözlərdən istifadə edin.

5. İnsanlara xoş söz deməkdən çəkinməyin.

6. Əsəblərinizə hakim olun.

7. Zarafat edəcəyiniz zaman yaxşı düşünün.

8. Suallara cavab verin.

9. Mövzunu yaxşı öyrənin.

10. Düşünmədən danışmayın.

11. Həmişə dərdli tərəf siz olmayın.

12. Qarşınızdakının reaksiyalarına diqqət edin.

13. Uduzma ehtimalını da nəzərə alın.

14. Yersiz tənqidlərdən qaçın.

15. Öz fikirlərinizi başqalarına zorla qəbul etdirməyə çalışmayın.

16. Hündürdən danışmayın, səsinizin eşidilməyi kifayətdir.

17. Üzünüzün ifadəsinə nəzarət edin.

18. Ayaqlarınızı stolun üstünə qoymayın.

19. Bir nəfər sizinlə danışarkən, öz işinizə başınız qarışmasın.

20. Söhbət edərkən qarşınızdakı kağızları cızmayın.

21. Biri ilə danışarkən, bir başqası ilə pıçhapıç etməyin.

22. Başqasının sözünü kəsməyin.

23. Siqareti damağınızda saxlamayın.

24. Söhbət edə-edə yerdəyişmə etməyin.

25. Eyni sözdən təkrar-təkrar istifadə etməyin.

26. İnsanlara öyüd-nəsihət etməkdən çəkinin.

27. Məcazi mənalı sözlərdən istifadə etməyin.

28. Bəzən susmağı da bacarın.

29. Nitqinizi güclü tonla bitirin.

30. Başqalarını pisləməyin.

31. Məsləhət gördüyünüz şeylərə özünüz də əməl edin.

32. Yekəxanalıq etməyin.

33. Hamının işinə qarışmayın.

34. Sizdən məsləhət alınmadıqca, məsləhət verməyin.

35. Olduğunuz kimi görünün.

36. Lazımsız yerə ziddiyyət yaratmayın.

37. Ədalətli olun.

38. Qışqırmayın.

39. Başqalarını narahat edən zarafatlar etməyin.

40. İnsanlara tərs cavab verməyin.

Bütün bu yazılanlara əməl etməklə uğurlu ünsiyyət qurmaq mümkündür. İnsanlarla ünsiyyətdən çəkinməyin!
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 434
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri