Utancaqlığı məğlub etmək üçün...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 2 785
Səs ver:
(səs: 0)

 

 

Yeni biriylə tanış olduğunuzda danışmağa çəkinirsinizmi? Təlaş etməyin! Utancaq olmaq çox normaldır və öhdəsindən gəlinə bilər.
Utancaqlığınız üzündən bəzi fürsətləri qaçırdığınızı düşünürsünüzsə, sizə davranışlarınızı idarə altına almanıza köməkçi olacaq bir neçə təklif...
Mənfi düşüncələri silin
Biriylə tanış olduğunuz anda içinizi mənfilik örtür, "Səhv bir şey söyləməməliyəm, ya lağ etsə?" kimi başınızı örtən düşüncələr, tənqid olunma və ya lağ edilmə qorxusu sizi maneə törədir.
Bütün bu düşüncələri yaxşıca araşdırın və obyektiv bir şəkildə nəzərdən keçirin. Həqiqətən ən kiçik səhvinizi gözlədiyinəmi inanırsınız? Həqiqi olun, sizi darıxdırıcı tapsa sizlə söhbət içərsində olmaz.
Sakit olun
Həyəcanlandığınızda duyğularınız sizi ələ keçirər və bütün idarənizi itirirsiniz. Buna bir son verin! Rahatlayın, sakin tərəfindən nəfəs alın və üzərinizdəki təzyiqi uzaqlaşdıracaq bir şeylər düşünün.
Özünüzü sevməyi öyrənin
Utancaqlıq özünə inam əksikliyindən qaynaqlanar. Başqalarının qarşısında özünüzü ifadə etməyə çəkinmənizin səbəbi özünüzü sıxıcı ya da bənzər şəkildə hiss etməniz ola bilər. Yəni, bu demək olur ki özünüzü kifayət qədər sevmirsiniz. Özünüzə olan baxış bucağınızı dəyişdirsəniz, özünüzə güvənməyə də başlaya bilərsiniz. Güclü olduğunuz yönlərinizi sıralayın, və ağılınızdan heç çıxarmayın.
Qorxularınızın üzərinə gedin
Unutmayın, təcrübə edə edə öhdəsindən gələcəksiniz. Kiçik addımlarla irəliləyin. Məsələn, tanımadığınız birinin yanından keçərkən başınızı önə əymək yerinə gülümsəyərək keçməkdən başlaya bilərsiniz.
Lazımdırsa kömək alın
Əgər bu sadə tövsiyələr kafi olmursa bir ekspertə müraciət edin. Sizə fərdi inkişaf ekspertləri özünüzə güvən qazanmanıza köməkçi olacaq.

(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 785
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri