Həyatın əks-sədası

Şərhlər: 6
Baxılıb: 1 457
Səs ver:
(səs: 2)
Bir kişi və oğlu meşədə gəzişirlərmiş. Birdən uşağın ayağı ilişib yıxılır və 'AHHHHH' deyə qışqırır.
İrəlidə bir dağın təpəsindən 'AHHHHH' deyə bir səs eşidir və çaşır.
Maraqlanır və
- ''Sən kimsən?'' deyə qışqırır. Aldığı cavab 'Sən kimsən?' olur.
Aldığı cavaba hirslənib - ''Sən bir qorxaqsan!'' deyə təkrar qışqırır. Dağdan gələn səs 'Sən bir qorxaqsan!' deyə cavab verir.


Uşaq atası tərəfə çevrilir və

- ''Ata nə olur belə?'' deyə soruşur.

- Atası oğlum ''Dinlə və öyrən!'' deyərək dağa tərəf dönüb ''Sənə heyranam!'' deyə qışqırır. Gələn cavab ''Sənə heyranam!'' olur. Ata təkrar qışqırır, ''Sən möhtəşəmsən! gələn cavab; ''Sən möhtəşəmsən!'. Uşaq çox çaşır, amma hələ də nə olduğunu anlaya bilmir. Atası şərhini edir:
- ''İnsanlar buna əks-səda deyərlər, amma əslində bu həyatdır. Həyat daim sənə sənin verdiklərini geri verər. Həyat etdiyimiz davranışların aynasıdır. Daha çox sevgi istədiyin zaman daha çox sev! Daha çox şəfqət istədiyində, daha şəfqətli ol! Hörmət istəyirsənsə insanlara daha çox hörmət et. İnsanların səbrli olmasını istəyirsənsə sən də daha səbrli olmağı öyrən. Bu qayda həyatımızın bir parçasıdır, hər dövr üçün etibarlıdır.''
Həyat bir təsadüf deyil, etdiklərinizin aynada bir əksidir.
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 1 457
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri