Ana sevgisi

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 2 141
Səs ver:
(səs: 0)
Sakit, isti və günəşli bir gün idi. Bir mələk cənnətdən qaçıb yaşlı dünyamıza endi. Mələk tarlalarda, meşələrdə, şəhərlərdə və kiçik kəndlərdə gəzməyə başladı.

Günəş batar-batmaz qanadlarını qaldırıb: ''Ziyarətim bitdi, artıq geri qayıtmalıyam.

Fəqət buradan bir xatirə ilə dönmək istəyirəm''-dedi. Gözəl bir gül bağçasına baxdı və: ''Bu güllər qədər gözəl və xoş ətirli bir gül görmədim, onun üçün xatirə olaraq bu güllərdən götürəcəm''-dedi.

Bu an irəlidə gül yanaqlı bir körpə gördü. Körpə gülümsəyərək anasının üzünə baxırdı. Bunu görən mələk öz-özünə: ''Bu körpənin gülümsəməsi götürdüyüm güllərdəndə gözəldir. Onu da özümlə aparmalıyam.''

Bunları söyləyərkən körpənin beşiyini, körpəyə və körpənin beşiyinə sel kimi axan anasının sevgisini gördü mələk.

O anda yenə öz-ozünə dedi: ''Ananın körpəsinə olan sevgisi bu dünyada gördüyüm ən gözəl şeydir. Bunu da özümlə aparmalıyam.''

Bu üç xəzinə ilə birlikdə cənnətə doğru qanad açdı. Mələk cənnətin qapısından içəri girmədən öncə:

"İçəri girməmiş, xatirələrimə bir göz atım"- dedi.

Əlindəki güllərə baxdı. Bütün güllər solmuşdu. Körpənin üzünə baxdı körpənin gülümsəməsi də yox olmuşdu. Ananın sevgisinə baxdı, o bütün gözəlliyi ilə yerində dururdu.
Solmuş gülləri və gülümsəməyi cənnətin qapısında atdı və qapıdan içəri girib cənnətdəki hər kəsi yanına çağırdı:

-Budur dünyada tapdığım və cənnətə qədər gözəlliyini itirməyən tək şey: ANA SEVGİSİ.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 141
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri