Asan həyat arzu etmə, güclü insan olmağı arzu et

Müəllif: Mr. OffiCeR
Şərhlər: 11
Baxılıb: 7 517
Səs ver:
(səs: 8)
Ağac heçvaxt çiçəyini atıb getməz,ağacı atıb gedən hər zaman çiçəklərdir.
A. Düma

İtə verilən bir sümük xeyirxahlıq deyildir.
Xeyirxahlıq : siz də it qədər ac ikən onunla bölüşülən sümükdür.
Jack London

İnsanlar əslində dünyada nələrin baş verdiyindən xəbərsizdirlər, hətta xəbərsiz olduqlarından belə xəbərsizdirlər.
Noam Chomsky

Həyat yoldaşı seçməkdə yanılmaq, bütün həyatı uduzmaq deməkdir.
Məmməd Səid Ordubadi

Həyat heyrətamiz bir şeydir. Udmaq üçün bütün kartlar sənin əlində olanda, o səninlə şahmat oynamağa başlayır.
Jan Reno

Hədəfinizə çatanda anlayırsınız ki, əslində istədiyiniz o deyil onun xəyalıdır.
"21" filmindən

Bir çox insan xoşbəxtliyin nə olduğunu bilmədiyi üçün bədbəxtdir.
F.M.Dostoevski

Düşmənlərinizi daim bağışlanın; əhvallarını daha çox pozacaq bir şey tapa bilməzsiniz.
Oscar Wilde

Öz taleyinden qaçmaq lazım deyil - onsuz da qaça bilmeyeceksen.
Paulo Coelho "kimyagər"

Haqsız bir məsələdə zirvə olmaqdansa, haqlı bir məsələdə zərrə olmağı üstün tuturam.
Əbülfəz Elçibəy

Gedən dönməyəcəksə qalanların dəyərini biləcəksən. Ölənlə ölünmürsə əgər qalanlarla yaşamağa davam edəcəksən.
Lev Tolstoy

İnsanlar eşq olmadan yaşaya bilməyəcəklərini iddia edirlər.
Onlara oksigenin daha önəmli olduğunu söyləyin.
Benjamin Holmes

Asan həyat arzu etmə, güclü insan olmağı arzu et.
Con Kennedi

Bəzi şeylər unudulmaz.Yanınızdaykən belə darıxdığınız, yanınızdaykən belə xatırladığınız biri kimi.
Kürşat Başar

"Bir gün", "bir gün" deyə irəliləyənə "heçliyin" evinə çatarlar.
Miguel de Cervantes

Getmə zamanı gəlmişsə ‘dayan' demənin, zaman keçmişsə ‘dön' demənin və eşq bitmişsə ‘yenidən' demənin; heç bir mənası yoxdur.
Marquez

Bir kişi bir qadın üçün hər şeyi etməyə hazırdırsa, onu
sevmişdir. Bir qadın bir kişi üçün hər şeyi etməyə hazırdırsa, onu dünyaya gətirmişdir.
Lev Tolstoy

Həyat elə axmaq bir şeydir ki, susduğun zaman səni susmağına peşman edər, danışdığın zaman isə danışdığına görə peşman olarsan.
Charles Bukowski

İnsanlar xoşbəxtlik və azadlıq arasında seçim etməli idilər. Və əksəriyyət xoşbəxtliyi seçdi.
George Orwell

Böyük adamların xətaları günəş tutulmasına bənzəyir.Çünki onları hamı görür.

Xoşbəxt insanlar Hər şeyin ən yaxşısına sahib olanlar deyil, Sahib olduqlarını itirməyəcək qədər çox sevənlərdir.
Charles Bukowski

Ayrılıq qaçılmaz bir sondur, kimsə istəməz amma lazımlıdır. Çünki həyat olduğu kimidir. olması lazım olduğu kimi deyil.
Osho

İnsanlar işığın ətrafında daha yaxşı görmək üçün deyil, daha yaxşı parlamaq üçün toplaşarlar.
F.Nitsşe

İnsanların az bir qismi xoşbəxt, bir o qədəri isə bədbəxtdir
Geri qalanların hamısı; xoşbəxt kimi görünən bədbəxtlərdir.
O.Wilde

Bu dünyada, bir başqasının yükünü yüngülləşdirən heç kim lazımsız deyildir.
Charles Dickens

- Axı pul insanı vəhşiləşdirir, elə deyilmi?
- Hə, elə pul olmayanda da eyni cürədir.
İrvinq Stoun - Yaşamaq yanğısı

Başqalarının insafına qalmış bir müdrik olmaqdansa,
öz başına bir DƏLİ olmaq daha yaxşı.
Friedrich Nietzsche
(səs: 8)
Şərhlər: 11
Baxılıb: 7 517
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri