Qeyri-adi 12 uşaq arabası - forolar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 12
Baxılıb: 6 938
Səs ver:
(səs: 6)

1.Babyoom
Qadınlar.biz inanılmaz bir uşaq arabasını sizlərə təqdim edir. Adətən körpəniz böyüdüyündə körpənizə aid körpə arabasını evin anbarına qoyar və orada çürüməsini gözləyər ya da uşaqları olan yoldaşlarınıza verirsiniz.
Lakin Babyoom xüsusi dizaynı ilə körpənizə körpəlik çağında uşaq arabası, bir qədər böyüdüyü zaman üç təkərli bir velosiped ola bilir.

2.Yumurta şəkilli uşaq arabası
Sənətçi John Knott tərəfindən əl istehsalı alüminium  parçalarından yaradılmış bu uşaq arabası olduqca qəribə görünür. Görünüşü diqqətinizi çəksə də isti bir gündə körpənizi bu araba ilə gəzdirməyi tövsiyə etmirik.

3.Terminatör uşaq arabası
Bu uşaq arabası düşmənlərini amansızca yox edən terminatörü xatırladan bir görünüşə sahibdir. Biz yetkinlər üçün hər hansı bir təhlükəsi olmasa da körpələr üçün təhlükəli ola bilər. Bu araba Çinli sənətçi Shi Jinsong tərəfindən hazırlanmışdır.

4.Velosiped uşaq arabası
Bu arabanı çox sevəcəksiniz. Körpənizi gəzdirmək və bir az da məşq edib hamiləlik dövründən qalma kilolarınızıəritməkmi istəyirsiniz,o halda bu uşaq arabasısizə kömək edəcək. Marketdə alış-veriş edə bilərsiniz, çünki 80 kiloqrama qədər ağırlıq daşıya bilir.

5.Canavar uşaq arabası
Elmer Presslee tərəfindən hazırlanmış bu inanılmaz dərəcədə detal ehtiva edən araba olduqca qorxuducu görünür. Canavarın beyin hissəsində kreslo var və körpəniz burada oturur. Qorxuducu görünən bu arabaya körpənizin minmək istəyəcəyindən əmin deyilik.

6."Samsonite”nin Səyahət uşaq arabası
Castiglionemorellidesign və Rafael Vinader Balibrenin ortaq çallışması ilə "Samsonite” şirkəti üçün hazırlanmış bu araba yeni dizaynı ilə səyahət çantası və uşaq arabasını birləşdirmişdir. Səyahət edən ailələrə özəl olaraq hazırlanan bu araba ayrıca bir mükafat da almışdır.

7. "Təbiət dostu” uşaq arabası
Tokio Dizayn həftəsində qarşımıza çıxan bu ağ uşaq adı bilinməyən bir şagird tərəfindən inkişaf etdirilmişdir. Bu araba günəş enerjisini istifadə edərək iPodunuzu və günəş enerjisi ilə şarj edilə bilən vasitələri şarj edə bilər.

8.The Rollar Buggy (Scooter və uşaq arabası)
The Rollar Buggy çox xüsusiyyətli bir uşaq arabasıdır. Belə ki, onu istərsəniz  yalnız uşaq arabası olaraq, istərsəniz də scooter və uşaq arabası olaraq istifadə edə bilərsiniz. Körpənizlə gəzişərkən bir az sürət etmə istəyiniz varsa, ya da tələsirsinizsə, onda The Rollar Buggy sizə bu sürəti təmin edəcəkdir. "Creative Industrial Objects” şirkətinin CIOi tərəfindən inkişaf etdirilmiş bu araba əyləc sistemləri ilə körpənizi və sizi güvən altına alır. Ayrıca 1.5 yaşından kiçik uşaqlar üçün saatda 15 kilometrdən çox sürət edilməsini tövsiyə etmirik.

9.Nostaljik uşaq arabası
Əgər nostaljik əşyaları istifadə etməni sevirsinizsə ailənizin ən kiçik üzvü üçün 1950-ci ləri xatırladan İtalyan uşaq arabası tam sizə görədir. Giordani Bambino tərəfindən hazırlanmış bu araba 2.200 $ dəyərindədir.

10."AT Imperial Walker” uşaq arabası
Rick Russo adlı ata oğuluna klassik olmayan bir araba təqdim etmək üçün "The Empire Strikes Back” filmində istifadə edilən "AT Imperial Walker” adlı vasitəni model götürərək bu arabanı düzəltmişdir.

11.Modifiye uşaq arabası
Bu araba olduqca xoş bir görünüşə sahibdir.

12.Taga - Velosiped uşaq arabası
"Taga” adlı bu çox xüsusiyyətli uşaq arabası  qarşısında olan sahəyə körpənizi qoya biləcəyiniz bir velosipedə və yalnız uşaq arabasına çevrilə bilir. Olduqca rahat bu vasitə ilə körpənizlə vaxt keçirərkən həm idman edə bilər,həm də analıq vəzifənizi yerinə yetirə bilərsiniz.
(səs: 6)
Şərhlər: 12
Baxılıb: 6 938
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri