Uşaqların bitməyən məzəli sualları...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 12
Baxılıb: 4 177
Səs ver:
(səs: 5)
Uşaqlar dil açmağa başladıqca həyatı öryənməyə çalışarlar..Hər gördüklərini valideynlərindən soruşarlar "bu nədi deyə"...Ama bəzən bu sualları o həddə çatarki valideyn cox hirslənər...Amma bu çıxış yolu deyil əlbətdə; çünki təkrar suallar yenidən verilər...  Buda uşaqların məzəli və gülməli sualları...

--Ana mən qurd olsam, bacımda meşədə quzu olsa məndən qorxarmı ??   :122:

--Ana balıqlar heç tərləyir ????

--Düyünün üzərində niyə xətt var ????

--Pişik yeməyi yesəm pişik olarammı ?  :122:
--Ana olmazsan< Qızım>
--Yaxşı pişik mənim yeməyimi yesə insan olarmı Ana ?  :122:

--Ana bu nədir?
--Təyyarə
--O təyyarə deyil axı vertalyotdur///  :122:

--Ana məni daha çox sevirsən yoxsa atamı ?? :122:
 
--Ata yeni aldığın ayaqqabıların nə rəngdir ?
--Qəhvəyidir bala.
--Yaxşı ata bəs qəhvə nə rəngdir ?  :122:

--Ana bu pişiyin quyruğu niyə uzanmır  ?
-- Nə qədər çəkirəm amma niyə uzanmır??  :122:

--Ata;                                   
--Hə qızım                                    
--Axşam olanda biz yatırıq haa..                                    
--həə nolubki                                    
--Səhər qalxacağmızı haradan bilirik  ??????????  :13:

--Ana mən balaca olanda neçə yaşım var idi ??
--Qızım insanlar hər il biryaş böyüyür...Sən hər il müxtəlif yaşlarda olursan ...
--Ana bəs niyə hər il 1 yaş büyüyür  bəs mən niyə bunu görmürəm?                                    
--Offff təpəmin tasını atdırma get atanın yanına ....  :122:
--Ataaaa anam mənə təpəmin tasını atdırma dedi....
--Eybi yox qızım gəl mənnən soruş suallarını....
--Ata insanların təpəsinin tasımı var Necə olur Bəs məndə niyə yoxdu? :122:

--Ana portağal mandarinin anasıdı ?? :122:                                   
--Yox ikisi ayrı-ayrı meyvələrdir..                                    
--Bəs niyə bir birlərinə oxşayırlar   dadlarıda eynidi axı ??
--Get ay bala başımdan Sular kəsilib onsuz əsəbiyəm  //
--Ana suları bıçaqlamı kəsirlər ???:122:     
--Xeyir ...sözün gəlişi elə  deyilir...
--Söz bir yerlərdənmi gəlir ana  ??
--Baş ütülədin haaaaaaaaaa...
--İnsanların başları salvar köynək kimi ütülənə bilərmi ?? :122:

--Yaxşı yaxşı bax indi sənə izah etməyə çalışım ;; istifadə etdiyimiz sözlərin..yəni şey yəni hər sözün mənasını araşdırmağımız lazım deyil.......... Yəni dilin quruluşu elədir..
--Ana dilini çıxartda bir dənə //
--Niyə ki  ?/
--Dilin quruluşu elə demədinmi Görmək istəyirəm sənin dilinin quruluşunu....  :122:

--Ana bu hansı quşdur  ??
--Bilmirəm //
--Bəs niyə balaca olanda anandan soruşmadın ????  :122:

--Ata mənə dondurma al !
--Sənə olmaz boğazın ağrıyar.
--Almasan , başlayacam sənə suallar verməyə...  :122: :122: :122:

SUAL VERƏN UŞAQLARI AZARLAMAQ DÜZGÜN DEYİLDİR ..ƏGƏR ÖVLADINIZ ÇOXLU SUALLAR VERİRSƏ BUNA SEVİNMƏLİSİNİZ..ÇÜNKİ ELƏ UŞAQLAR MƏNTİQLİ VƏ FƏAL OLURLAR..........ALLAH HƏR BİR QADINA ANA OLMAĞI NƏSİB ETSİN..TƏKİ BİZƏ EVLADLARIMIZ SUALLAR VERSİN VƏ BİZ EVLADLARIMIZIN SULLARINI CAVABLANDIRAQ.
(səs: 5)
Şərhlər: 12
Baxılıb: 4 177
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri