Sadəcə tənbəl insanlar üçün! - fotolar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 14
Baxılıb: 4 232
Səs ver:
(səs: 4)
Sağ olsunlar mənim kimi hətta nəfəs almağa belə ərinən insanlar üçün əziyyət çəkmiş, düşünmüşlər. Təşəkkür etmək istərdim, ama ona da ərinirəm.

Qadınlar.Biz tənbəldən də tənbəl insanlar üçün hazırlanmış məhsulları sizlərə təqdim edir.

1.İdman etmədən qarın əzələsi yığmaq istəyənlər üçün bellik.


2. Yatarkən başınızı qaldırmaq çətin və yorucudurmu? Qaldırmayın!!! Sizin üçün Prizmalı oxuma eynəyi.


3. Şirin çay içmək istəyirsiz, ama şəkəri qaşıqla yaxşıca qarışdırmaq üçün boş yerə enerji sərf etməlisiniz. Hələ bu zaman fincanın qıcıqverici səsi başınızı ağrıdacaq. Budur, siz tənbəllər üçün  öz-özünü qarışdıran fincan!


4. Mətbəxdən duşa, duşdan salona, salondan otağa keçərkən evini süpür: Ayaqaltılı ev ayaqqabısı!


5. Yerdə bıdık-bıdık gəzərkən bir işimizə yarasınlar deyə: Ayaqaltılı uşaq geyimi!


6. Təzəcə divana oturub yerini rahatlamısan və birdən xatırladın ki, şüşə qapağı açan mətbəxdə qaldı. Artıq kədərlənmə: Şüşə qapağı açan televizor pultu!


7. Ayaqyolunda tabletə baxmaq istəyirsən? Budur, tablet tutucu! İstəyənlər üçün telefon versiyası da var.


8. Spagetti hazırlamısan və çox ləzzətli görünür. Ama çəngəli batırıb onu çevirməyə ərinirsən. Budur, Çevirməli spagetti çəngəli!


9. Tənbəllər üçün yeni bir kəşf daha: Tualet kağızı ayağınıza gəlsin! Tualet kağızı uzadıcı!


10. Banan yemək istəyirsiz, ama onu dilimləmək üçün enerji sərf etmək lazımdır. Buna da son! Tək hücumda Banan dilimləyici!


11. Buraxın çirkli işləri o həll etsin: Meyvə-tərəvəz soyucu!


12. Dondurma yeyirsiz və dəqiqə başı axmasın deyə çevirməlisiz.Budur sizin üçün: Yaladıqca dönən dondurma papağı!


13. Qışda hər tərəf ağappaq qar...Ürəyinizdən qartopu oynamaq keçir. Amma qartopu düzəltməyə ərinirsiniz. Budur qışda əliniz donmadan qartopu hazırlayın!


14. Mürgüləməyi sevən bəylər üçün klass rahatlıq! Yastıqlı qalstuk!


15. Popcornları partlatdın, ama onları indi bir-bir ağzına aparmalısan. Buna da son qoyan yeni bir icad: popcornları partlatmaqla qalmır, tək-tək ağzınıza atır!


16. Hər dəfə işığı yandırıb söndürməyə ərinirsiniz? Deyirsiniz kaş bir dəfə əl çalsaydım işıq sönərdi…Budur alqışla işləyən işıq qapağı!


17. Gəzməyə ərinəcək qədər də tənbəlsəniz, heç bir problem yoxdu! Elektrikli ayaq təkəri!

(səs: 4)
Şərhlər: 14
Baxılıb: 4 232
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri