Ana-uşaq həyatındakı unudulmaz "ilk"lər - fotolar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 12
Baxılıb: 7 396
Səs ver:
(səs: 6)
Hər qadının arzusudur ana olmaq! Həyatın çətinlikləri və məsuliyyətləri içərisində körpəsini dünyaya gətirən ana "Nə gözəl duyğudur ana olmaq duyğusu...” söyləyir.

Ana, dünyaya göz açdığı andan etibarən övladının həyatındakı "ilk”ləri onunla birlikdə yaşayır. Bu da anadan böyük səbr və tükənməz sevgi tələb edir...

Qadınlar.Biz ana-uşaq həyatındakı unudulmaz "ilk”ləri sizlərə təqdim edir.

1.İlk dəfə çimmək!
Ana körpəsini ilk dəfə çimizdirəndə nə qədər həyəcan keçirir, bunu bir tək ana olanlar bilir...
 

2. İlk dəfə butulka!
Ana südü yeyən körpəyə ilk dəfə butulkada əlavə yemək verən ana, "daha bu yeməyin dadını bilib ana südü yeməyəcək” deyə tərəddüdlər içərisindədir...


3. İlk dəfə qatı yemək!
Bu, körpənin həyatındakı ən böyük yeniliklərdən biridi. Duru yeməklərdən qatı yeməklərə keçid ana üçün heç də asan deyil.
 

4. İlk dəfə Şaxta baba ilə şəkil!
Doğrudur, ilk dəfə bəzi uşaqların gözünə Şaxta baba "adamyeyən”, "xoxan”  kimi görünür və ağlamaqdan nəfəsləri gedir. Anaların da üzərinə onları sakitləşdirmək kimi vəzifələr düşür.
 

5. İlk dəfə yellənmək!
İlk dəfə yellənçəyə minib yellənən körpənin üzündə yaranan sevgi ananın da sevincinə səbəb olur.
 

6. İlk dəfə qulaq deşdirmək!
Bu, analar və qız uşaqları üçün heç də sevimli "ilk” deyil...
 

7. İlk dəfə hovuzda çimmək!
Bunu hansı uşaq sevməz ki...
 

8. İlk yaşını qeyd etmək!
Təbii ki, ad gününün nə olduğunu anlamayan uşağın əvəzində şamı ana söndürür sevinc və sevgiylə.
 

9. İlk dəfə peçenye yemək!
Körpənin əlinə ilk dəfə peçenye verən ana həyəcanla onun reaksiyasına baxır. Peçenyenin uşağın boğazına getməməsi üçün dördgözlə və səbrlə gözləyir...


10. İlk dəfə dondurma!
İlk dəfə dondurma yeyən körpə sonralar anasından "dondurma al mənə” deyə əl çəkmir, əmin olun! Ana da hər dəfə əvəzində "dondurma boğazını şişirdəcək!” deyə cavab verir.


11. İlk dəfə saç kəsdirmək!
Çox vaxt uşağı ilk saç kəsdirmək üçün salona ata, baba və ya nənələr aparsa da, uşaqlar bu zamanda da analarını istərlər, təbii ki, qorxudan!


12. İlk dəfə Zooparkda!
Uşağı ilk dəfə Zooparka aparmaq çox keyiflidir analar üçün!


13. İlk dəfə diş düşməsi!
Uşaq vaxtı laxlayan dişləri analar öz əlləri ilə dartıb çıxarırlar...


14. İlk dəfə velosiped sürmək!
İlk dəfə uşağa velosipedə minməyi və yıxılmadan sürməyi öyrətmək ana üçün heç də asan deyil...
(səs: 6)
Şərhlər: 12
Baxılıb: 7 396
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri