Kor olaydım görməyəydim... (2)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 12
Baxılıb: 2 289
Səs ver:
(səs: 3)
1. İclas ortasında gələn zəngə "haycan, həyatımın fanarı” deyən kişini, yemək yeyərkən həyat yoldaşı zəng edəndə "Nə var e? İmkan ver işimizi görək, iclasdayam!” telefonu bağladıqdan sonra isə "günümü qaraltdın” deyərkən gördüm....

2. "Nə qədər də ürəyi yumşaqdır, mərddir desinlər” deyə başqasına minlərlə dollarlıq hədiyyə alan, qolundakı saatın yüzlərlə manat dəyəri olan atanı, evinə gedəndə mağazadan özünə otuz manatlıq Viski alaraq axşama kimi gözü yolda qalan və qayğıya ehtiyacı olan oğluna otuz qəpiklik bir toyboks almağı zəhmət çəkib xatırlamayan, unudarkən gördüm...

3. Yuxarı vəzifədəkilərin əlini öpüb alnına qoymaq, onların qəbuluna düşmək üçün saatlarla gözləyənləri aylarla atasına yüz kontur xərcləməyib valideynin gözünü yolda qoyarkən gördüm...

4. Namusdan dəm vurub sinəsinə döyənləri, yanında setkalı kalqotka mini yubkalı gəzdirərək, günlərlə evində gecələmədiklərini, səhərə kimi küçələrdə gəzərkəngördüm...

5. Kompüter başında kişilənib şirə dönəni, real həyatda qorxudan adam içinə çıxmağa üzü olmayıb çaqqal tək gizlənib kol dibində gəzərkən, gördüm...

6. Axşama kimi telefonla onun-bununla yorulmadan danışan, çayxanada domino vurub nərd çırpanı, evinə gələndə "Yorqunam səni dinləməyə axotum yoxdu, səs-küy salmayın yatacam” deyərkən gördüm...

7. "Mən namaz qılıb oruc tutan adamam” deyib müqaviləni bağlayan, bununla uğur qazananı, restoranda-barda bu uğurunu araqla yuyarkən gördüm...

8. Dost şərəfdir, dost ləyaqətdir deyib dostuyla rumka vuranı, restoran tinində tülkü tək ağzının suyunu axıdaraq beş qəpiyə satarkən gördüm...

9. Dişlərini ağardıb sevgilisinə "Sənin əlindən zəhər olsa yeyərəm” deyən gədənii, evində oğlunun qabağına fəxrlə yemək qoyan ANAya bağırıb "Bu nə yeməkdir bişirmisən?!” deyən nankora dönərkən gördüm...

10. Bir aydır tanış olduğu qızın bir aylıq tanışlıq günü üçün restoran bağladanı, doqquz ay qarnında daşıyan, on doqquz il nazını çəkən anasının ad gününü soruşanda utanmadan unutduğunu deyib pis-pis hırıldayıb cəhənnəm itinə dönərkən gördüm...

11. "Omuzumda Başın Ekshik” mahnısına gündə yüz dəfə qulaq asıb feyzyab olanı, evlilikdən şikayət edib naşükür düşərək şərəfsizə bənzərkən gördüm...

Mən görmədim deməyin...Yüz faiz siz də nə isə görmüsünüz...
(səs: 3)
Şərhlər: 12
Baxılıb: 2 289
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri