Filmlərdən sitatlar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 11
Baxılıb: 9 102
Səs ver:
(səs: 4)
Güzgüyə baxdığınızda özünüzü günahkar hiss edirsinizsə, demək ki, həqiqətləri öyrənmisiniz..
("V For Vendetta" filmindən)

Yox olmağa məhkum olduğumuz üçün hər şey daha da gözəldir..
("Troy" filmindən)

Eşq ayaqlarına çıxmış qabar kimidir.. Ya əzab çəkə-çəkə addımlayacaqsan, ya da əzablı olsa da, qoparıb atacaqsan..
("Sultanın Sırrı" filmindən)

Nə olursa olsun, özün olmaq üçün heç vaxt gec deyil..
("The Curious Case of Benjamin Button" filmindən)

Özümə yalandan danışandan bu yana heç kəsə etibar etmirəm..
("Time of the Gypsies" filmindən)

Yaxşılıq etmək səni güllədən daha çox sürətlə ölümə aparar..
("Carlito's Way" filmindən)

Oyuna hazır deyilsənsə, ehtiyatda olmağın mənası nədir?!
("Constantine" filmindən)

Qışda yay üçün darıxırıq, yayda da qış üçün.. Amma, darıxmaq əvəzinə yaşasaq, yaxşı olmazmı?!
("The Legend of 1900" filmindən)

Həqiqət insanın heç vaxt üstünü aça bilməyəcəyi yalandır..
("The Osterman Weekend" filmindən)

İnsanlar iki yerə bölünür: Gözləyəni olanlar və olmayanlar..
("Anadolu Kartalları" filmindən)

Heç vaxt unutma.. Qorxu fərqində ola bilmə qabiliyyətimizi itirməyimizə səbəb olur.. Onda biz qorxağa çevrilirik..
("Persepolis" animasiyalı filmindən)

Eşq həqiqətən olmadığı yerdə qala bilməz.. Həqiqətən var olduğu yerdə heç vaxt gizli qalmaz..
("Kissing A Fool" filmindən)

Mühüm olan ancaq həyatda qala bilmək deyil.. Ən əsası insan olaraq qalmağı bacarmaqdır..
("1984" filmindən)

Mən də xatırlayıram.. Amma, xatırlamağa dəyməyəcək biri kimi xatırlayıram..
("Warrior" filmindən)

- Niyə bir dələ o birisinin arxasınca qaçır?
- Çünki sevir.
- Bəs niyə o biri dələ ondan qaçır?
- Çünki qorxur.
("New York, I love you" filmindən)

Həyatda tanıdığım ən qəmgin insanlar heç nəyi vecinə almayan insanlardır..
("Dear John" filmindən)

Sənə dünyaları deyil, öz dünyasını bəxş edən insanı istə.. Çünki, ona dünyaları sən bəxş edəcəksən..
("Remember me" filmindən)

Birinin gözləri uzağa zillənibsə, demək ki, onun yaxında olmayan bir hekayəsi var..
("City Of Angels" filmindən)

İnsan övladı kənddə yaşadı, sonra şəhərdə yaşadı.. İndi də internetdə yaşayacaq..
("The Social Network" filmindən)

Sərxoşkən deyilən sözlər mütləq oyaq vaxtı düşünülmüş olur..
("La Fille Sur Le Pont" filmindən)
(səs: 4)
Şərhlər: 11
Baxılıb: 9 102
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri