Qazlı içkinin 1 saata orqanizmimə etdikləri

Şərhlər: 3
Baxılıb: 2 744
Səs ver:
(səs: 1)
İngiltərəli əczaçı Niray Neik şəxsi bloku olan "The Renegade Pharmacist” da yayımladığı bir qrafikdə qazlı içkilərin orqanizmin maddələr mübadiləsinə necə təsir etdiyi göstərilib.

İlk 10 dəqiqə: Vücuda gündəlik şəkər qəbulu ilə eyni səviyyədə-10 çay qaşığı şəkər daxil olur. Qazlı içkinin daxilində olan ortofosfor turşusu şəkərin dadını azaldır və qusmanı əngəlləyir.
İlk 20 dəqiqə: Qanda şəkərin miqdarı anidən yüksəlir. Qaraciyər isə həmin şəkəri yağa çevirərək ani şəkər yüksəlməsinin qarşısını alır.
Ilk 40 dəqiqə: Göz bəbəkləri böyüyür və qan təzyiqi artmağa başlayır.
Ilk 45 dəqiqə: Vücud dopamin hormonunu ifraz etmək üçün beyinə siqnal göndərir.
Ilk 60 dəqiqə: Qazlı içkilərin tərkibində olan ortofosfor turşusu, sink və maqneziumu yoğun bağırsaqda saxlayaraq maddələr mübadiləsində baş verəcək ani şəkər yüksəlmələrinə zəmin yaradır.

60 dəqiqədən sonra: Sidiyə getmə prosesi güclənir. Sümüklərə getməli olan kalsium, sink və maqnezium vücuddan kənara çıxır.Psixoloji olaraq insan daha əsəbi və gərgin olmağa başlayır.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 744
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri