Rəng haqqında bunları bilirsinizmi?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 3 561
Səs ver:
(səs: 3)
Bizlərdən hər birimiz rəngləri özümüzə məxsus şəkildə qəbul edirik. Bəziləri üçün boz rəng əvəzedilməz bir rəng olduğu halda, bəziləri üçün bu dözülməz rəngdir. Bununla yanaşı, rəng haqqında bilmədiyiniz hələ çox şey vardır.

Kişilər və qadınlar qırmızı rəngi müxtəlif şəkildə görürlər. Belə ki, qadınlar qırmızı rəngin bir çox çalarını görə bildiyi halda, kişilər üçün qırmızı rəngin hər hansı bir çaları mövcud deyil. Alimlər tərəfindən artıq təsdiq edilmiş fakta əsasən, kişilərin gözləri qırmızı rəngin bütün spektrlərini eyni bir rəng olaraq qəbul edilir. Bunun səbəbi isə, kişilərin yalnız bir X xromosumunun, qadınların isə 2 X xromosomunun olmasıdır. Məhz bu ikinci xromosom qadınlara qırmızı rəngin müxtəlif çalarlarını ayırd etməyə kömək edir.

Çəhrayı rəng sakitləşdirir. Alimlərin fikrincə çəhrayı rəng qədər insanı sakitləşdirən ikinci bir rəng yoxdur. Yüngül çəhrayı rəng psixi klinika və həbsxana divarlarında ən çox istifadə edilən rəngdir. Psixoloqların bildirdiyinə əsasən, çəhrayı rəng aqressiyanı azaltmağa, “yorğun” psixikanı dincəltməyə və adrenalin ifrazına nəzarət etməyə kömək edir. Beləliklə, əsəb pozğunluğundan əziyyət çəkirsinizsə evinizin divarlarını çəhrayı rəngə boyayın.

Yox əgər artıq çəkidən əziyyət çəkirsinizsə mətbəxinizin divarlarını sarı rəngə boyamaqdan çəkinin. Belə ki, sarı rəng iştahın artırılmasına xidmət edir. Nahar etdiyiniz restoranların divarlarına diqqət yetirsəniz məşhur restoratorların məhz bu rəngə üstünlük verdiyini görəcəksiniz.

Mavi rəng insanların ən çox sevdiyi rənglərdəndir. Doğurdan da sevilməli rəngdir. Çünki ətrafımızda gözəl olan bir çox şey – dəniz, səma, yer kürəsi məhz bu rəngdədir.
(səs: 3)
Şərhlər: 9
Baxılıb: 3 561
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri