İlfan Mustafayevə kömək olaq!

Müəllif: Pure Love
Şərhlər: 12
Baxılıb: 3 874
Səs ver:
(səs: 0)
Yeddi yaşlı İlfanın bir gözü bədxassəli şişə görə götürülüb. Digər gözü tutulma təhlükəsi ilə üzləşib. Doğularkən beyninə qan sızıb deyə serebral iflic olub.Bu bir başa beyinlə bağlı olduğu üçün uşağın hərəkətində problem var. Müalicə alsa da 7 aylıq olanda İlfanın gözləri çəpləşib. Ata uşaq belə olduğu üçün ailəsindən imtina edib. Uşağın göz damarları quruyur. İlfanın gözü hər ay müayinə olunmalı və müəyyən müalicələr almalıdır.Həkimlər bildirib ki, İlfanın müalicəsi mütəmadi olsa onun yeriməsi tam düzələcək. Ancaq ananın buna gücü çatmır.Ata-anası yaşlıdır,oğlu belə olduğu üçün ana da tək qoyub işləyə bilmir.Kirədə qaldığı üçün ananın sıxıntısı daha da çoxdur.

İlfan Mustafayevə kömək olaq!



İlfan üçün 7000 azn lazımdır ki, bu bəladan xilas ola bilsin. Kim istəsə aşağıda qeyd edilən ünvana gedib,İlfanı görüə bilər.



Hesab nömrəsinə hər kəs gücü çatanı ödəyə bilər.İnanın məbləğin bir mənası yoxdur,çünki dama-dama göl olar.Heç kim bu həyatda heç nədən sığortalanmayıb.Buna görə də bir günlük xərcimizdən bu savab iş üçün ayıraq.

Ünvan: Suraxanı rayonu Micran qəsəbəsi,Xanlar Ləkbərov küçəsi.
Əlaqə nöm: (051) 696 37 36
(səs: 0)
Şərhlər: 12
Baxılıb: 3 874
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri