Xanımlara özəl məsləhətlər

Müəllif: Onun_Mələyi
Şərhlər: 6
Baxılıb: 2 540
Səs ver:
(səs: 0)
– Sulu pomidor, xiyar, istiot və göbələk kimi terevezleri hazırlayan zaman su əlavə etmeye ehtiyac qalmır. Tərkibində su az olan kök, kartof, kələm kimi tərəvəzləri bişirərkən isə bol su əlavə edin və uzun müddət bişirin.

– Toyuğun tikələri müxtəlif qalınlıqda olduğundan nazik hissələri daha tez bişir və adətən yanır. Bunun qarşısını almaq üçün toyuğun uc hissələrini folqaya bükün və 10-15 dəqiqədən sonra folqanı çıxara bilərsiniz.

– Samovarın ərpini təmizləmək üçün dolu su ilə qaynayan samovara 1 stəkan şəkərtozu tökün, onda ərp yaxşı çıxır. Əgər ərp çoxdursa, əməliyyatı bir neçə dəfə təkrar edin.

– Kəsilmiş limonu 5-6 damcısirkə damızdırılmış nəlbəkiyə başı aşağı qoyduqda öz təravətini itirmir.

– Qurumuş limonu soyuq suya salanda təzələnir.

– Limonu quru bankalara qoyub xüsusi qapaqla ( plastik kütlədən qapaqla) örtdükdə, soyuq yerdə uzun müddət qalır.

– Əriyin şirin tumunu atmayın, onları qurudun və saxlayın, sonra onlar badamı əvəz edə bilər.

– Qozun qabığı tez çıxsın deyə, onu bir neçə dəqiqə isti duxovkada saxlayırlar.

– Qozu qabıqdan tez və bütöv çıxarmaq üçün onu emallı qazana yığır, üstünə qaynar su töküb qapağı örtülü halda 15-20 dəqiqə saxlayırlar. Sonra suyu boşaldır, qozun qabığını bıçaqla aralayıb içini çıxarırlar.

– Badam ləpəsinin qabığını təmizləmək üçün soyuq suya salıb qaynayana qədər qızdırın. Sonra suyunu süzüb badamı iki barmaqla sıxır, qabığını asanlıqla çıxarırlar.

– Mürəbbə üçün doğranmış heyva qaralmasın deyə, onu 1 çay qaşığı limon turşusu qatılmış 2 litr suda saxlayın.

– Mürəbbənin bişdiyini bilmək üçün suçəkən kağıza 1 damla şirə damızdırın. Əgər damcının qıraqlarında yaş ləkə əmələ gəlmirsə, mürəbbə bişibdir.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2 540
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri