Qan vermənin insan orqanizminə faydaları

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 2 935
Səs ver:
(səs: 1)
Bir çox insan xəstəlik, ya da hər hansı qəzadan sonra qan tapmadığı üçün həyatını itirir. Bunun üçün də qan verərək həmin insanlara həyat bəxş etmək olduqca humanist bir davranışdır. Bəs heç bilirsinizmi qan vermək insan orqanizmi üçün də olduqca faydalıdır? Bilmirsinizsə, Qadinla.com-un bu yazısını oxuyun. Qan vermənin insan orqanizminə faydalarını diqqətinizə çatdırırıq.

- Qan verən şəxsin qan hüceyrələri gənc hüceyrələr istehsal etməyə başlayır.

- Artan canlı qan sümük iliyinin yağlanmasının qarşını alır.

- Qanda yaranan yağ səviyyəsi düşür, bədənə bərabər miqdarda yağ yayılır.

- Qan verməzdən qabaq AIDS, Hepatit B, Hepatit C və sifilis kimi təhlükəli xəstəliklərin araşdırılması aparılır. Beləliklə də, qan verən şəxsin bu xəstəlikləri daşıyıb-daşımadığı ortaya çıxır.

- Qan verdikdən sonra stress azalır, yüksək təzyiq tənzimlənir.

- Qan verən şəxsin yorğunluq və baş ağrı şikayətləri azalır.

- Mütəmadi həyata keçirilən qan vermə ürək tutması riskinin azalmasına səbəb olur.

- Verilən qandan sonra bədəndəki qan özünü tənzimləyir ki, bu da mütəmadi qan verən şəxsin sağlam bir orqanizmə sahib olmasını təmin edir.

- İldə ən az iki dəfə qan verilməsi məsləhətdir.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 2 935
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri