Yorğanı saxlamağın düzgün qaydaları

Müəllif: Onun_Mələyi
Şərhlər: 8
Baxılıb: 2 002
Səs ver:
(səs: 1)
Havaların isinməyə başlaması ilə birlikdə yorğanların yığışdırılma zamanı da yetişir. Bəs yorğanlar yığışdırıldıqdan sonra necə saxlanmalıdır ki, onlara güvə düşməsin?

Yorğanları saxlamağın bəzi qaydalarını göstərək.
Əvvəla qeyd edək ki, yorğanı yumadan yığışdırıb bir yerə qoymayın. Çünki yuyulmadan götürülən yorğanların içində, saxlama müddəti boyu bakteriya yarana bilər.

Əgər yorğanlarınız hazır alınmış yorğandırsa, paltaryuyan maşında istifadə təlimatlarına uyğun yuya bilərsiniz. Yuduqdan sonra bayırda günəş işığında qurutmalısınız.
Yorğan əsla nəm qalmamalıdır.
Nəmli qalan yerlər zamanla kiflənə bilər.

Əgər yorğanlarınız pambıq, yaxud yundan hazırlanıbsa, götürməzdən əvvəl onların içini çıxarıb havaya verin. Üz parçasını isə yuyun.
Daha sonra yun, yaxud pambığı üzlüyün içinə yığaraq yorğanı sırıyın.Yorğanları kvadrat formada bükərək saxlayın.İşlətmədiyiniz müddətdə ən az iki dəfə yerindən çıxararaq havaya verin.
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 2 002
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri