Əlləriniz titrəyir? – Səbəbləri və müalicəsi

Müəllif: Onun_Mələyi
Şərhlər: 10
Baxılıb: 2 051
Səs ver:
(səs: 0)
əllərin qeyri-ixtiyari titrəməsi, əslində, Parkinson xəstəliyinin simptomudur. Qəfildən yaranır, çox insanları qorxudur. Lakin bu xəstəlik əllərin titrəməsinin səbəblərindən yalnız biridir.

Müəyyən dərəcədə əllərin əsməsi insan üçün normal haldır.
Belə tremor geniş yayılıb. Fizioloji titrəmə adlanan bu tremoru yaradan və gücləndirən səbəblər çoxdur, əksəriyyəti həyat tərziilə əlaqədardır.

1. Yorğunluq
- istirahət və yuxu pozulması səhər tezdən insanın əlində titrəmə verə bilər. Xüsusən çay, qəhvə hazırlayanda, stəkan tutanda bu hiss olunur. Bir də axşamlar yatmazdan əvvəlbaşlaya bilər.

2. Kofein
- həddən artıq kofeinli içkilər qəbulu əlləri əsdirir. Sutkalıq doza 300 mü-dan çox olmamalıdır.

3. Stress, həyəcan
- psixoloji əsmə verir.

4. Bəzi dərmanlar
- hormonal dərmanlar,antidepressantlar, litiy kimi preparatlarəllərin əsməsinə səbəb ola bilər.ESSENSİAL TREMOR lgər yuxarıdakı səbəblər olmadan əllər əsirsə, o zaman vaxt itirməyib həkimə getmək lazımdır. Essensial əsmə xoşxassəlidir, ağır olmayan genetik xəstəlikdir, adətən 50-60 yaşdan sonra başlayır.Essensial tremorda əgər əllər dinc vəziyyətdədirsə, iş görmürsə, əsmir, amma elə ki, hərəkət edir, yazı yazır, ya fincana su tökürsə, əsməyə başlayır. Ekspertlər bu növ tremoru sinir sisteminin daimi pozulması ilə izah edir, 25 nəfərdən 1-i tutur və dünyada geniş yayılmış xəstəlikdir. 50 yaşlarında başlayıb, ahı dövrdə güclənə bilər. Əllərlə yanaşı titrəmə səsdə də hiss olunur. Vəziyyət elə də ağır deyil, amma diaqnozun qoyulması çox vacibdir, çünki Parkinson xəstəliyini istisna etmək lazımdır
.Parkinson titrəməsi, hətta sakit halda da ola bilər. Zamanla bədənə sirayət edir, yerişi dəyişir. Üz mimikası az hərəkətli olur, səs isə boğucudur. Belə xəstələr daim fikirli və kədəli görünür.

İstənilən əl titrəməsində müalicə nevroloq tərəfindən təyin olunur.
(səs: 0)
Şərhlər: 10
Baxılıb: 2 051
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri